Tam rəqəmsal ödənişlərdən sahibkarların cəmi bir faizdən azı istifadə edir
"Azərbaycanda sahibkarların 1%-dən azı tam rəqəmsal ödənişlərdən istifadə edir".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu "Azərbaycan Fintex Assosiasiyası" ("AzFina") İctimai Birliyinin İdarə Heyətinin üzvü Zeynal Kərimzadə Bakıda keçirilən "Azərbaycanın rəqəmsal maliyyə gündəliyi" tədbirində deyib.
Onun sözlərinə görə, hazırda ölkədə 882 min aktiv vergi ödəyicisi var:
"Onların 822 mini KOB subyektidir və bu bizneslərin böyük hissəsi gələcəkdə rəqəmsallaşacaq. Təəssüf ki, sahibkarların 1%-dən az hissəsi tam rəqəmsallaşıb. Bu, bazarda böyük inkişaf potensialının olduğunu göstərir. Post-pandemiya dövründə ödənişlərin əhəmiyyətli hissəsi kartdan-karta köçürmələr, nağd ödənişlər və elektron cüzdanlar vasitəsilə qeyri-rəsmi kanallarda həyata keçirilib", - deyə o bildirib.
Z.Kərimzadə qeyd edib ki, yaxın illərdə bu əməliyyatların daha böyük hissəsinin rəsmi və şəffaf rəqəmsal mühitə keçəcəyi gözlənilir ki, bu da fintex sektoru üçün yeni imkanlar yaradacaq.
O əlavə edib ki, bu ilin sonuna Azərbaycanda elektron ticarət dövriyyəsinin 90 milyard manatı ötəcəyi proqnozlaşdırılır.
"İlin sonuna əməliyyat məbləğinin 4.6%, əməliyyat sayının isə 10% artacağı gözlənilir. Bu isə əməliyyatların sayının artdığını, orta çek məbləğinin isə azaldığını göstərir", - deyə Z.Kərimzadə vurğulayıb.
Oxşar xəbərlər
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
"Qarabağ KOB-ları" layihəsi - şəhid ailələrinin, qazilərin məşğulluğuna və biznes təşəbbüslərinə dəstək
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
KOB-lara dəstək və xidmətlərin göstərilməsi üzrə ixtisaslaşmış KOBİA-nın yaranmasından səkkiz il ötür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp: Ukraynadakı müharibə sona yaxınlaşır
-
QMİ sədri: Süni intellekt insanı ibadətdə əvəz etməməlidir
-
Bakının bu yollarında hərəkət məhdudlaşdırılacaq
-
Messi Argentina millisinin DÇ-2026 finalında məğlubiyyətinin səbəbini açıqladı
-
Şamil Ayrım: Türkiyəyə qarşı soyqırım iddiasının obyektiv araşdırılması üçün arxivlərin açılması zəruridir
-
İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib













