Tramp neft şirkətlərindən ölkədə benzinin qiymətini aşağı salmağı tələb edib
ABŞ Prezidenti Donald Tramp ölkə ərazisində benzinin pərakəndə satışı ilə məşğul olan şirkətlərə yanacağın qiymətini dərhal aşağı salmaq barədə qəti tələblə müraciət edib.
"Far.Az"un məlumatına görə, amerikalı lider bununla bağlı müvafiq paylaşımı özünün "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yerləşdirib.
"Benzinin pərakəndə satıcıları ləngimədən qiymətləri aşağı salmağa borcludurlar! Hazırkı neft qiymətlərinin hər barel üçün 68 dollar səviyyəsində olduğunu və düşməyə davam etdiyini nəzərə alsaq, onlar həddindən artıq şişirdilib", - Tramp yazıb.
O qeyd edib ki, satıcılar bu bəyanata operativ şəkildə reaksiya verməlidirlər.
"Qiymətlərin heç bir qəsdən şişirdilməsi olmamalıdır, bu, tamamilə qanunsuzdur. Əgər satıcılar qiymətlərin aşağı salınması üçün addımlar atmasalar, onları ciddi problemlər gözləyir", - prezident vurğulayıb.
Tramp əlavə edib ki, ABŞ-də benzinin ədalətli qiyməti bir qallon (3,785 litr) üçün təxminən 2,50 dollar təşkil etməlidir. Bununla yanaşı, o, Kaliforniya ştatının rəhbərliyi tərəfindən yanacaq vergilərinin azaldılmasının zəruriliyini göstərib.
Ötən həftə Tramp ABŞ rəhbərliyinin ölkədə benzin qiymətlərində nəzərəçarpacaq dərəcədə azalma olmaması ilə bağlı araşdırma aparmaq niyyətində olduğunu bildirib. O dəqiqləşdirib ki, yoxlamalar digər şirkətlərlə yanaşı, "Exxon Mobil", "Chevron", "Shell" və "BP" kimi korporasiyaları da əhatə edəcək. Həmin vaxt prezident yanacaq qiymətlərinin qəsdən şişirdilməsi faktları aşkar ediləcəyi təqdirdə, bu şirkətlərə mümkün nəticələr barədə xəbərdarlıq edib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb
-
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
-
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb
-
ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin şərtləri bəlli olub
-
Makron Fransada büdcə kəsirinin məhdudlaşdırılmasını Konstitusiyaya daxil etmək istəyir
-
BMT-nin Baş katibi COP31-dən sonra Türkiyəyə təşəkkür edib













