Misir və Türkiyə HƏMAS-la Qəzzada atəşkəsin ikinci mərhələsinin icrasını müzakirə ediblər
Far.Az xəbər saytı

Misir və Türkiyə HƏMAS-la Qəzzada atəşkəsin ikinci mərhələsinin icrasını müzakirə ediblər


Qahirədə Misir və Türkiyə kəşfiyyat xidmətləri nümayəndələrinin HƏMAS hərəkatının rəhbərliyi ilə görüşü keçirilib, görüşdə Qəzza zolağında atəşkəs razılaşmasının ikinci mərhələsinin icrası müzakirə olunub.

"Far.Az" "Al-Ahram"a istinadən xəbər verir ki, görüşdə Misirin Ümumi Kəşfiyyat Xidmətinin rəhbəri general-mayor Həsən Rəşad, Türkiyənin Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın və HƏMAS-ın yüksək vəzifəli nümayəndələri iştirak ediblər.

Mənbənin məlumatına görə, danışıqlar müsbət xarakter daşıyıb, tərəflər ABŞ Prezidenti Donald Trampın sülh planının həyata keçirilməsi ilə bağlı ehtiyatlı nikbinlik ifadə ediblər. HƏMAS nümayəndələri isə planı dəstəklədiklərini və onun icrası yolundakı maneələri aşmağa hazır olduqlarını təsdiqləyiblər.

Oxşar xəbərlər

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər