ABŞ İrana Hörmüz boğazında ödəniş tətbiqindən vaz keçməyi təklif edib
ABŞ və Oman İranı Hörmüz boğazından gəmilərin keçidi üçün ödəniş almaqdan imtina etməyə inandırmağın yollarını axtarır.
"Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) mənbələrə istinadən yazıb.
Nəşrin məlumatına görə, dolayı danışıqlar zamanı Vaşinqton xaricdə dondurulmuş 100 milyard dollar dəyərindəki İran aktivlərinin sərbəst buraxılması müqabilində Tehrana Hörmüz boğazından keçid üçün ödənişin tətbiq edilməsindən və marşrut üzərindəki nəzarətdən imtinanı təklif edib.
Qəzetin məlumatına görə, ABŞ-nin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşner bu həftə Dohada qətərli vasitəçilərlə vəziyyətdən çıxış yollarını və boğazın açılması ilə bağlı ötən ay əldə olunmuş ilkin razılaşmanın icrasını müzakirə ediblər.
Eyni zamanda, WSJ mənbələrinin sözlərinə görə, həm Amerika, həm də İran nümayəndə heyətləri Qətərdə vəziyyəti mürəkkəbləşdirən Livandakı son döyüş əməliyyatlarını müzakirə ediblər.
Nəşrin məlumatına görə, İran göstərilən xidmətlər müqabilində boğazdan keçən hər bir gəmidən ödəniş almaq istəyir, lakin bunun əvəzinə danışıqlar aparan tərəflər boğazın cənub hissəsinə hüquqları olan Omanın alternativ təklifini nəzərdən keçirirlər ki, buna əsasən, dəniz xidmətlərinin haqqı könüllü ayırmalarla maliyyələşdirilən fond vasitəsilə ödəniləcək.
Oxşar xəbərlər
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Nazirlik sel təhlükəsi zamanı qorunmağın yollarını göstərdi
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb
-
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
-
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb
-
ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin şərtləri bəlli olub
-
Makron Fransada büdcə kəsirinin məhdudlaşdırılmasını Konstitusiyaya daxil etmək istəyir
-
BMT-nin Baş katibi COP31-dən sonra Türkiyəyə təşəkkür edib













