Merts: Rusiyanın Ukrayna ilə müharibədə qələbə qazanmaq şansı yoxdur
Far.Az xəbər saytı

Merts: Rusiyanın Ukrayna ilə müharibədə qələbə qazanmaq şansı yoxdur


Almaniya kansleri Fridrix Merts Rusiyanın Ukraynaya qarşı müharibədə qələbə şansının olmadığını bildirib və Ankarada keçirilən NATO sammitinin Moskvaya aydın siqnal göndərəcəyinə ümid etdiyini ifadə edib.

"Far.Az" "Sky News"a istinadən xəbər verir ki, o, jurnalistlərə açıqlamasında sammitin NATO-ya "yeni impuls" verməli, alyansı daha güclü və daha həmrəy etməli olduğunu qeyd edib.

F.Merts həmçinin Ukraynanın avropalı müttəfiqlərinin 2026-2027-ci illərdə Kiyevə əlavə olaraq 70 milyard avro təqdim etmək planlarını xatırladıb və ölkələrin dəstək göstərməyə davam edəcəyini bildirib:

"İndi bu müharibənin dayandırılması müstəsna olaraq Rusiyadan asılıdır. Biz bu gün buna nail olmaq və Moskvaya aydın siqnal göndərmək üçün yenidən hər şeyi edəcəyik. Rusiyanın bu müharibədə qalib gəlmək şansı yoxdur".

Oxşar xəbərlər

Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Ankarada azərbaycanlı tələbələr "Bir şəhər, iki baxış" fotomüsabiqəsində mükafatlandırılıblar
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər