Rusiyanın zərbələri nəticəsində Zaporojye vilayətində 8 nəfər yaralanıb
Far.Az xəbər saytı

Rusiyanın zərbələri nəticəsində Zaporojye vilayətində 8 nəfər yaralanıb


Ötən sutka ərzində Ukraynanın Zaporojye şəhərinə və Zaporojye rayonuna Rusiyanın hücumları nəticəsində 8 nəfər xəsarət alıb.

"Far.Az" xəbər verir ki, bu barədə Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorov teleqram kanalında məlumat verib.

Onun sözlərinə görə, bir sutka ərzində Rusiya qoşunları Zaporojye vilayətinin 52 yaşayış məntəqəsinə 934 zərbə endirib. Xüsusilə, 30 aviazərbə, 661 pilotsuz uçuş aparatının hücumu, reaktiv yaylım atəşi sistemlərindən 2 atəş və 241 artilleriya zərbəsi qeydə alınıb.

Bundan başqa, infrastruktur obyektlərinin, yaşayış evlərinin və avtomobillərin zədələndiyinə dair 101 məlumat daxil olub.

Oxşar xəbərlər

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Vilayət Eyvazov polislərə vətəndaşların şikayətlərinin obyektiv və həssaslıqla araşdırılmasını tapşırıb
Xocalının Təzəbinə kəndində ailələrə evlərinin açarları təqdim olunub
Şükürbəyli kəndində daha 46 ailəyə evlərinin açarları təqdim olunub
Növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər