Uqandada ərzaq qıtlığından 16 nəfər həlak olub
Uqandanın şimal-şərqindəki Karamoca regionunda kəskin ərzaq qıtlığından azı 16 nəfər həlak olub.
"Far.Az" "The Star"a istinadən xəbər verir ki, bu barədə ölkənin baş nazirinin ofisi məlumat yayıb.
Qeyd olunur ki, uzun sürən quraqlıq məhsulun kütləvi məhvinə və kəskin ərzaq qıtlığına gətirib çıxarıb ki, bu da insanların ölümünə səbəb olub.
Məlumata görə, çərşənbə günü hökumət Kaabonq dairəsinin alt qraflıqlarına 13 ton qarğıdalı və 9 ton lobya daxil olmaqla, 22 ton təcili ərzaq yardımı çatdırıb. Həmçinin təcili yardıma ehtiyacı olan ən çox zərər çəkmiş dairələrdə dərhal paylanılması üçün daha bir ərzaq yardımı partiyası hazırlanıb.
Bazar ertəsi baş nazirin ofisi bütün Karamoca regionu üçün əlavə təcili ərzaq ehtiyatlarının alınmasına razılıq verilməsi üçün Nazirlər Kabinetinə müraciət edəcək.
Oxşar xəbərlər
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Leyla Əliyeva Türkmənistanda Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondunun Avaza filialının açılışında iştirak edib
Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb
-
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
-
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb
-
ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin şərtləri bəlli olub
-
BMT-nin Baş katibi COP31-dən sonra Türkiyəyə təşəkkür edib
-
Meksikada narkokartel rəhbərinə qarşı əməliyyat zamanı şəhərdə XAOS YAŞANDI













