Kubanın paytaxtı irimiqyaslı enerji böhranı ilə üzləşib
Far.Az xəbər saytı

Kubanın paytaxtı irimiqyaslı enerji böhranı ilə üzləşib


Kubanın paytaxtı Havana təxminən bir həftədir ki, elektrik təchizatında irimiqyaslı fasilələr şəraitindədir.

"Report" TASS-a istinadən xəbər verir ki, şəhər sakinləri həmçinin su təchizatının olmaması və mobil rabitənin işində fasilələrlə üzləşirlər.

Hakimiyyətin iyulun əvvəlində baş vermiş qəzadan sonra milli enerji sisteminin bərpa olunması barədə bəyanatına baxmayaraq, vəziyyət əhəmiyyətli dərəcədə dəyişməyib. Yerli sakinlərin sözlərinə görə, yaşayış binalarına elektrik enerjisi bir-iki gün ərzində yalnız bir-iki saatlıq verilir.

Elektrik təchizatının olmaması səbəbindən evlərə su verən nasoslar işləmir. Bundan əlavə, buludlu hava son vaxtlar əhalinin bir hissəsi üçün alternativ enerji mənbəyinə çevrilmiş günəş panellərindən səmərəli istifadə etməyə imkan vermir.

Agentliyin qeyd etdiyinə görə, yanacaq çatışmazlığı səbəbindən şəhərdə zibillərin daşınması ilə bağlı da problemlər yaranıb. Bir çox dövlət qurumları və ofislər işini müvəqqəti dayandırıb.

Tibb müəssisələri də fasilələrlə fəaliyyət göstərir, belə ki, personalın bir hissəsi işə gedə bilmir, xəstəxanalar isə elektrik enerjisinin olmaması səbəbindən çətinlik çəkir.

Xatırladaq ki, daha əvvəl, iyulun 6-da Kubanın milli elektrik şəbəkəsi çökərək təxminən 10 milyon sakini elektriksiz qoyub.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər