ABŞ dəniz piyadaları yoxlama üçün Oman körfəzində tankerə eniblər
ABŞ-nin 11-ci ekspedisiya bölməsinin dəniz piyadaları Vaşinqtonun İrana qarşı dəniz blokadasına riayət olunmasını yoxlamaq üçün Oman körfəzində "Wen Yao" tankerinə eniblər.
"Report"un məlumatına görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində xəbər verib.
Məlumata görə, əməliyyat 16 iyulda baş tutub. Yoxlama regiondakı gəmilər üçün tətbiq olunan məhdudiyyətlərə riayət olunmasını təmin etmək üçün monitorinq təliminin bir hissəsi olub.
Amerika hərbçiləri həmçinin bildirib ki, bu günə qədər blokadanı pozmağa cəhd edən üç kommersiya gəmi başqa istiqamətə yönləndirilib və tabe olmayan bir gəmi sıradan çıxarılıb.
CENTCOM əlavə edib ki, ABŞ tərəfinin İranın dəniz blokadasını pozduğunu iddia etdiyi gəmilər istisna olmaqla, Hörmüz boğazı və ətraf sular gəmiçilik üçün açıq qalır.
Oxşar xəbərlər
ABŞ dəniz piyadaları yoxlama üçün Oman körfəzində tankerə miniblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb
-
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
-
ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin şərtləri bəlli olub
-
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb
-
BMT-nin Baş katibi COP31-dən sonra Türkiyəyə təşəkkür edib
-
Meksikada narkokartel rəhbərinə qarşı əməliyyat zamanı şəhərdə XAOS YAŞANDI













