ABŞ Yaxın Şərqə əlavə F-16 və F-35 qırıcıları göndərir
ABŞ Yaxın Şərqdə hərbi imkanlarını artırmaq məqsədilə Avropada yerləşən əlavə qırıcı təyyarələri regiona köçürmək qərarı verib.
"Report"un "The New York Times" qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ rəsmiləri məlumat yayıb.
Qeyd olunub ki, Almaniyada yerləşən ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcıları, eləcə də Böyük Britaniyada yerləşdirilən və radarlardan yayınma imkanına malik F-35 təyyarələri artıq Yaxın Şərq istiqamətində hərəkətə başlayıb.
Bununla yanaşı, ABŞ regiona əlavə yanacaqdaşıyan təyyarələr də göndərir. Bu tip aviasiya vasitələri uzaqmənzilli hərbi əməliyyatların davamlılığını təmin etmək baxımından mühüm rol oynayır.
Qəzet yazır ki, bu addımlar ABŞ Prezidenti Donald Tramp administrasiyasının yaxın zamanda İrana qarşı hərbi zərbələri genişləndirə biləcəyi ehtimalını artıran yeni siqnallardan biridir.
Hazırda əlavə döyüş təyyarələrinin hansı aviabazalarda yerləşdiriləcəyi açıqlanmayıb. Bununla belə, ABŞ-a məxsus bəzi yanacaqdaşıyan təyyarələrin İsraildəki aviabazalarda yerləşdirilə biləcəyi gözlənilir.
Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb. İyun ayında isə Vaşinqton və Tehran bütün cəbhələrdə, o cümlədən Livan istiqamətində döyüşlərin dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıb.
Lakin ABŞ iyulun 8-nə keçən gecə İrana qarşı genişmiqyaslı zərbələri yenidən bərpa edib. Vaşinqton bu addımı Tehranın Hörmüz boğazı ilə bağlı əldə olunmuş razılaşmaların şərtlərini pozması ilə əsaslandırıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb
-
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
-
ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin şərtləri bəlli olub
-
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb
-
BMT-nin Baş katibi COP31-dən sonra Türkiyəyə təşəkkür edib
-
Meksikada narkokartel rəhbərinə qarşı əməliyyat zamanı şəhərdə XAOS YAŞANDI













