Ali Məhkəmənin hakimi təqaüdə göndərildi
2026-ci il avqustun 5-də Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimi Şahin Yusifovun təqaüdə yola salınması münasibətilə tədbir keçirilib.
Far.Az oxu.az-a istinadən xəbər verir ki, Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov çıxış edərək Şahin Yusifovun zəngin əmək fəaliyyətindən bəhs edib.
Qeyd olunub ki, Şahin Yusifov uzun illər məhkəmə-hüquq sistemində müxtəlif məsul vəzifələrdə çalışıb. O, 2007-ci ildən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi, 2010-2020-ci illərdə isə Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri kimi fəaliyyət göstərib. Vurğulanıb ki, peşəkar və təcrübəli hakim kimi onun məhkəmə sisteminin inkişafına, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına və qanunun aliliyinin təmin olunmasına mühüm töhfələri olub.
Diqqətə çatdırılıb ki, Şahin Yusifovun fəaliyyəti dövlət tərəfindən daim yüksək qiymətləndirilib. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə "Tərəqqi" medalı və II dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Tədbirdə Şahin Yusifovun zəngin təcrübəsinin gələcəkdə də gənc hüquqşünasların və yeni nəsil hakimlərin formalaşmasına, onların peşəkar kimi yetişməsinə əhəmiyyətli töhfə verəcəyinə əminlik ifadə olunub.
Şahin Yusifov isə öz növbəsində göstərilən diqqətə və fəaliyyətinə verilən yüksək qiymətə görə minnətdarlığını bildirərək, uzun illər ərzində qazandığı təcrübəni, xatirələrini və təəssüratlarını iştirakçılarla bölüşüb.
Oxşar xəbərlər
Vətən müharibəsinin başlamasından 4 il ötür
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bərdədə yeni ailə quran qadın öldü: Ailəsi şübhəli məqamların olduğunu iddia edir
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
-
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
-
İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək
-
The Washington Post: İran ABŞ qüvvələrinə qarşı əməliyyatlarda Maskın Starlink sistemindən istifadə edib
-
"Mançester Yunayted" antirekord müəyyənləşdirib













