"Səhnəyə döyüşçü kimi çıxıram, bir neçə gün özümə gələ bilmirəm" - Xalq artisti nələri etiraf etdi?
Far.Az xəbər saytı

"Səhnəyə döyüşçü kimi çıxıram, bir neçə gün özümə gələ bilmirəm" - Xalq artisti nələri etiraf etdi?


"Amin" verilişinin yeni buraxılışında Xalq artisti Fidan Hacıyeva ilə sənət və insan mövzusu müzakirə olunub.

Fidan Hacıyeva həyat yoldaşından danışarkən onun göstərdiyi mənəvi dəstəyi xüsusi qeyd edib:

"Həyat yoldaşım ingilisdir, çox mədəni insandır. Nişanlı olanda dua etmək üçün həftədə bir dəfə məscidə gedirdim. O da mənimlə gələr, çöldə gözləyərdi. Hamiləlik dövründə məscidə getməyim çətinləşəndə də dəstək olur, mütləq məni oraya aparırdı".

Sənətkar, həmçinin səhnə fəaliyyətindən danışıb:

"Hər dəfə səhnəyə çıxanda özümü bir döyüşçü kimi hiss edirəm. Yoldaşım da deyir ki, səhnədə sanki Fidan deyilsən. Hansı obrazı oynasam, onu tam olaraq yaşayıram. Obrazlardan çıxmaq da çətin olur, bir neçə gün özümə gələ bilmirəm".

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Bloger Aysel Şükür həyat yoldaşından ayrıldı
Qarabağ Universitetində "Mənəvi dəyərlər" günü keçirilib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Rəqqasə Asena həyat yoldaşından buna görə boşanır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər