"Azeronline"da müqavilələr "SİMA İmza" ilə tam rəqəmsal!
SİMA rəqəmsal imzanın "Azeronline" internet provayderi tərəfindən abunəçi müqavilələrinin imzalanması prosesində tətbiqinə başlanılıb.
"Report" xəbər verir ki, tətbiq edilən innovativ həll sayəsində xidmətə qoşulma prosesi tam elektron formata keçirilib, kağız sənəd dövriyyəsinə olan ehtiyac əhəmiyyətli dərəcədə azaldılıb.
Yeni sistem çərçivəsində "Azeronline" abunəçiləri müqavilələri "SİMA İmza" tətbiqi vasitəsilə məsafədən və təhlükəsiz şəkildə imzalaya bilirlər. Bununla da müqavilənin imzalanması prosesi heç bir fiziki müraciət olmadan bir neçə dəqiqə ərzində tamamlanır.
Müqavilələrin rəqəmsallaşdırılması xidmətə qoşulma müddətini əhəmiyyətli dərəcədə qısaldacaq, əməliyyatların çevikliyini və səmərəliliyini artıracaq.
"SİMA İmza" haqqında
SİMA yeni nəsil rəqəmsal imza AZCON Holding şirkətlərindən olan "AzInTelecom" MMC tərəfindən yaradılıb. Bu həll istifadəçilərə sənədləri fiziki daşıyıcıya ehtiyac olmadan, istənilən vaxt, istənilən yerdən sürətli şəkildə imzalamaq imkanı yaradır. Vətəndaşlar SİMA rəqəmsal imzanı xidmət məntəqəsinə getmədən, mobil tətbiq vasitəsilə ödənişsiz əldə edə bilərlər.
Oxşar xəbərlər
"Kağız gətir - kitab apar" sosial-ekoloji layihəsinə start verildi
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı və Abşeronun bir hissəsinə 3 gündür su niyə gəlmir?
-
Binəqədidə təmirə görə iki avtobusun marşrutu dəyişdirildi
-
Sumqayıtda dənizdə batan 82 yaşlı kişinin meyiti tapılıb
-
Beynəlxalq səyyahların Şuşaya səfəri başlayıb
-
Abşeronda hüquqpozmalara qarşı növbəti profilaktik tədbirlər keçirilib - 23 motoxuliqan saxlanılıb
-
Cəbrayılda 26 yaşlı kişi mina partlayışında yaralanıb













