"Portu" Fildişi Sahili millisinin üzvü Seku Fofananı icarəyə götürüb
Portuqaliyanın "Portu" klubu Fransanın "Renn" komandasının yarımmüdafiəçisi Seku Fofananı icarəyə götürüb.
"Report" xarici mediaya istinadən xəbər verir ki, Fildişi Sahili millisinin 31 yaşlı futbolçusu ilə müqavilənin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
Futbolçu 2025-ci ildən "Renn"də çıxış edir və onun Fransa klubu ilə müqaviləsinin müddəti 2029-cu il iyunun 30-dək nəzərdə tutulub.
Yarımmüdafiəçi 2025/2026 mövsümündə Liqa 1-də keçirdiyi 12 matçda 1 qol vurub, Avropa Liqasında isə 4 oyunda meydanda olsa da, məhsuldar göstərici ilə fərqlənməyib.
Seku Fofana karyerası ərzində Səudiyyə Ərəbistanının "Əl-İttifaq", "Əl-Nəsr", Fransanın "Lans", "Bastiya", "Loryan", İtaliyanın "Udineze", İngiltərənin "Fulhem" və "Mançester Siti" komandalarında forma geyinib. "Transfermarkt" portalına görə futbolçunun dəyəri 8 milyon avrodur.
Oxşar xəbərlər
"Zirə" UEFA Konfrans Liqasının 2026/2027 mövsümündə ilk oyununda qələbə qazanıb - YENİLƏNİB-7
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Peruda helikopter qəzası nəticəsində səkkiz hərbçi həlak olub
-
Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib
-
Lənkəranda avtomobil qəzaya uğrayaraq yanıb, ölən və xəsarət alanlar var
-
Ukrayna gələn il ÜDM-in rekord - 43 %-ni müdafiə xərclərinə yönəltməyi planlaşdırır
-
Gürcüstanın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırılıb
-
Suriyada terrorçular təhlükəsizlik qüvvələrinin patruluna hücum ediblər













