Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 14-ə çatıb - YENİLƏNİB
Şimali Kiprin Girne şəhəri sahillərində batan sərnişin gəmisində ölənlərin sayı 14-ə çatıb.
Bu barədə "Far.Az" "TRT Haber"ə istinadən xəbər verir.
Dəniz Qüvvələri Komandanlığı Girne sahillərində batan gəmidən itkin düşmüş sərnişinlərin axtarış-xilasetmə əməliyyatları çərçivəsində altıncı meyiti tapıb.
Daha əvvəl Şimali Kiprin Baş naziri Ünal Üstel gəmidə ümumilikdə 267 sərnişin və heyət üzvünün olduğunu bildirib. O, qeyd edib ki, gəminin batmasından sonra 239 nəfər xilas olunub.
Gəminin qalıqları Girne sahillərindən 554 metr dərinlikdə tapılıb. İtkin düşmüş daha 14 sərnişinin axtarışı davam edir.
Şimali Kiprin Girne şəhəri sahillərində batan sərnişin gəmisində ölənlərin sayı 13-ə çatıb.
"Far.Az" xəbər verir ki, bu barədə Şimali Kiprin Baş naziri Ünal Üstel "X" hesabında paylaşım edib.
O bildirib ki, daha bir nəfərin meyiti tapılıb, beləliklə, ölənlərin sayı 13-ə yüksəlib, 15 nəfər isə itkin düşmüş hesab olunur.
Baş nazir vurğulayıb ki, axtarış-xilasetmə işlərinə özəl şirkətlər cəlb ediləcək, həmçinin Türkiyə ilə məsləhətləşmələr aparılacaq.
Xatırladaq ki, avqustun 30-da Şimali Kiprin Girne sahillərində gəmi qəzaya uğrayıb.
Oxşar xəbərlər
Şimali Kiprdə batan gəminin 19 sərnişinin axtarışları davam edir - YENİLƏNİB-5
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Şimali Kiprdə gəminin batması nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB-4
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda müəmmalı taleyi olan bina: 26 ildir niyə satışa çıxarılmır?
-
Aİ Şurasının nümayəndə heyətinə Ağdamda aparılan quruculuq barədə məlumat verilib
-
"Başını kəsmişdi, saçları üzünə tökülmüşdü" - Şəhanənin qətlə yetirildiyi evdən görüntülər
-
Rusiyada məhbus qatarda konvoy əməkdaşını güllələyib
-
ABŞ-Ukrayna İnvestisiya Fondu kritik əhəmiyyətli minerallar sahəsində ilk sövdələşməni bağlayıb
-
UEFA Millətlər Liqası: Türkiyə Belçikaya məğlub olub, İtaliya Fransa ilə heç-heçə edib













