Dmitri Medvedev: Rusiyada səfərbərliyə ehtiyac yoxdur
Rusiya ordusu müqaviləli əsgərlər və könüllülərlə tam təchiz olunub, ona görə də səfərbərliyə ehtiyac yoxdur.
Far.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev "Vedomosti" qəzetinə müsahibəsində bildirib.
Sədr müavini həmçinin əlavə edib ki, silahlı qüvvələrin ehtiyacları müqaviləli əsgərlər və könüllülər tərəfindən tam ödənilir:
"Rusiya silahlı qüvvələrinin ehtiyacları müqaviləli əsgərlər və könüllülər tərəfindən tam ödənilir. Onlar Rusiyanın əsl vətənpərvərləridir. Buna görə də səfərbərliyə ehtiyac yoxdur".
O, bu payız səfərbərlik kampaniyası planları ilə bağlı şayiələri ciddi işçi qüvvəsi çatışmazlığından əziyyət çəkən Kiyev tərəfindən edilən "aldadıcı təxribat" adlandırıb.
Medvedev qeyd etdi ki, Rusiya Prezidenti və Ali Baş Komandan Vladimir Putin əvvəllər bu məsələ ilə bağlı şərh vermişdi.
Onun sözlərinə görə, Rusiyanın rəqibləri Rusiyadakı seçki kampaniyasından ölkədəki vəziyyəti pozmaq üçün istifadə etməyə çalışırlar.
Oxşar xəbərlər
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Hərbi xidməti başa vuran sərhədçi əsgərlər evlərinə yola salınıb
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitly" "X"də kiber hücumun fəsadlarını aradan qaldırmağa çalışır
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
ABŞ HDQ-nin üçüncü təyyarədaşıyan gəmisi Yaxın Şərqə gəlib
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb
-
Sabah Bakıda bu ərazilərdə su olmayacaq
-
Türkiyədə bir neçə ev yanıb, zərərçəkənlər var













