Yol polislərimiz Belarusda qalib oldular
Belarus Respublikasının Mogilyov şəhərində keçirilən yol-patrul xidməti əməkdaşları arasında peşəkar ustalıq və çoxnövçülük üzrə 25-ci yubiley müsabiqəsində Azərbaycan polisləri uğura imza atıblar.
Far.Az xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin baş inspektorları polis mayoru Emil İbrahimov və polis baş leytenantı Nicat Əliyev müsabiqəyə dəvət olunmuş Belarus və Rusiyadan olan yol-patrul xidməti əməkdaşları arasında birinci yerə layiq görülüblər.
Yarış iştirakçılarının peşə hazırlığı bir neçə istiqamət üzrə qiymətləndirilib. Yol hərəkətinin tənzimlənməsi və nizamlanması, yol nəqliyyat hadisələri zamanı ilkin tibbi yardım bacarıqları, atəş hazırlığı, silahla davranış və təhlükəsizlik qaydaları, praktiki atıcılıq və fiziki hazırlıq mərhələlərini əhatə edib.
Bütün mərhələlər üzrə yüksək nəticə göstərən mayoru Emil İbrahimov və polis baş leytenantı Nicat Əliyev birinci yeri qazanaraq yarışın qalibi olublar.
Qaliblərin təltifetmə mərasimində Belarus Daxili İşlər Nazirliyinin rəhbər şəxsləri iştirak edib.
Oxşar xəbərlər
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Leyla Əliyeva "Onlardan biri: Emil" adlı anım tədbirində iştirak edib
AMEA-nın 80 illik yubiley yığıncağı keçirilib, İlham Əliyev çıxış edib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Gənc media nümayəndələri SOCAR-ın yaşıl enerji planı ilə tanış oldular
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
NASA "Voyager-1"dən məlumatların ötürülməsini bərpa etməyə çalışır
-
İsrail "Hizbullah"ın Livanın cənubundakı hədəflərinə zərbələr endirib
-
Parisdə minlərlə məktəbli və tələbə etiraz aksiyası keçirib
-
XİN başçısı: Vilnüs Bakı ilə dialoqu layihələrə və investisiyalara çevirməyə ümid edir
-
Serbiyada "Informer" telekanalının baş redaktoru həbs edilib
-
Mask hər il ABŞ-dəki uşaqlara "SpaceX" səhmlərini hədiyyə edəcəyinə söz verib













