Far.Az xəbər saytı
Far.Az xəbər saytı
"Sumqayıt" klubunda iclas keçirilib, komandanın yeni kapitanı açıqlanıb
"Sumqayıt" futbol klubunun rəhbərliyi və məşqçilər heyəti arasında iclas keçirilib. "Far.Az" xəbər verir ki, bu barədə "gənclik şəhəri" təmsilçisi məlumat yayıb. Toplantıda verilən qərara əsasən, İsa Suliman komandanın əsas kapitanı təyin olunub. Vitse-kapitanlar isə Roi Kehat və Höccət Haqverdi olacaq. Xatırladaq ki, daha əvvəl "Sumqayıt"ın kapitanı Səbuhi Abdullazadə idi. O, beş ay yaşıl meydanlardan kənarda qalacaq. Yarımmüdafiəçi "Neftçi"yə qarşı Misli Premyer Liqasının I turunun qarşılaşmasının 74-cü dəqiqəsində qırmızı vərəqə aldıqdan sonra meydandan kənarda əli ilə dəhlizin şüşəsini sındırıb. Böyük şüşə parçası ayağına düşərək onu ciddi zədələyib.
Oxşar xəbərlər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Azərbaycanda vərəqə şüşə istehsal edən ilk zavoddan REPORTAJ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı və Abşeronun bir hissəsinə 3 gündür su niyə gəlmir?
-
Binəqədidə təmirə görə iki avtobusun marşrutu dəyişdirildi
-
Beynəlxalq səyyahların Şuşaya səfəri başlayıb
-
Sumqayıtda dənizdə batan 82 yaşlı kişinin meyiti tapılıb
-
İranda polis idarəsinə silahlı hücum olub, ölən və yaralananlar var
-
Nazir: Əmlakın qiymətləndirilməsi üçün süni intellekt əsasında fəaliyyət göstərən yeni bir alət istifadəyə verilib













