Abşeronda Anım Günü ilə bağlı tədbir keçirilib
Far.Az xəbər saytı

Abşeronda Anım Günü ilə bağlı tədbir keçirilib


Abşeron rayonunda 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini və Xırdalan şəhərində şəhidlərin xatirəsinə ucaldılan Xatirə Kompleksini ziyarət ediblər.

Tədbir Xırdalan şəhəri Heydər Əliyev Mərkəzində davam etdirilib.

Burada Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlik zirvəsinə ucalan qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla anılıb. Daha sonra Vətən müharibəsindəki şanlı qələbəyə həsr edilmiş videoçarx nümayiş olunub.

Anım tədbiri şəhid ailələri və qazilərin iştirakı ilə Heydər Əliyev Parkında ağacəkmə aksiyası ilə yekunlaşıb.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Şəhid analarının iştirakı ilə Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunmuş tədbir keçirilib
Şəhidlərin xatirəsinə həsr olunmuş anım tədbirləri keçirilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Gürcüstanda Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər