Zəfərə aparan yol: Talış-Suqovuşan əməliyyatı
Baku TV-nin "Qarabağ xronikası" verilişinin budəfəki buraxılışında İkinci Qarabağ müharibəsində Talış kəndi və Suqovuşan qəsəbəsinin azad olunması ilə nəticələnən əməliyyatların hərbi-strateji əhəmiyyətindən bəhs olunub.
Bildirilib ki, Talış-Suqovuşan istiqamətində illər ərzində hazırlanmış mühəndis-istehkam sistemi, minalanmış sahələr və bir-birini çarpaz atəşlə dəstəkləyən mövqelərin dayanmasına baxmayaraq, Azərbaycan Ordusu uğurlu taktiki manevrlərlə düşmənin ön müdafiə xəttini yararaq hakim yüksəklikləri nəzarətə götürüb.
Qeyd olunub ki, həyata keçirilən təşəbbüskar idarəetmə və sızma əməliyyatları nəticəsində oktyabrın 3-də Suqovuşan qəsəbəsi və ətrafındakı strateji mövqelər azad edilib, qarşı tərəfə ağır canlı qüvvə və texnika itkisi yaşadılıb.
Vurğulanıb ki, Talış-Suqovuşan əməliyyatı çərçivəsində həyata keçirilən manevrin nəticəsində bu istiqamətə cavabdeh hərbi birlik Qarabağdakı erməni silahlı birləşmələrinin təxminən 87 faizini öz üzərinə çəkməyə nail olub. Bu, əslində, daha geniş strateji manevrin mühüm hissəsi hesab olunur. Şimal-şərqdə düşmənin böyük qüvvəsinin ilişib qalması, strateji yolların nəzarətə götürülməsi və onun ehtiyatlarla manevr imkanlarının məhdudlaşdırılması həmin qüvvələrin başqa istiqamətlərə sərbəst şəkildə yönəldilməsini çətinləşdirib.
Əlavə edilib ki, Ermənistan komandanlığının qüvvə və ehtiyatları bütün cəbhə boyunca idarə etmək imkanlarının daralması cənub istiqamətində Azərbaycan Ordusunun əldə etdiyi yarılmanı dərinləşdirməsinə şərait yaradan amillərdən biri olub. Cənub cəbhəsində müdafiə sistemi ardıcıl şəkildə dağılıb, Azərbaycan Silahlı Qüvvələri döyüşləri Qarabağın dərinliyinə daşıyıb və əməliyyatların kulminasiyası Şuşanın azad edilməsi ilə nəticələnib.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
DYMX Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Şəhid analarının iştirakı ilə Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunmuş tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiyada məhbus qatarda konvoy əməkdaşını güllələyib
-
Təcavüzə məruz qalan 23 yaşlı azərbaycanlını Pakistana aparan biznesmen kimdir?
-
Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq
-
Bakıda market və avtomobildən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar
-
FHN SOCAR-ın Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
-
Prezident: Koreya ilə münasibətlərimizin daim genişlənməsinə böyük əhəmiyyət veririk













