Almaniyadan Ukraynaya 1,3 milyard avroluq yeni yardım paketi
Almaniya Ukraynaya ümumi dəyəri 1,3 milyard avrodan çox olan yeni hərtərəfli yardım paketi təqdim edib.
Far.Az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Almaniya kansleri Fridrix Mertslə Kiyevdə keçirdiyi birgə mətbuat konfransında açıqlayıb.
Zelenskinin sözlərinə görə, paketə silah tədarükü, Ukraynanın enerji sektoruna dəstək və Rusiyanın "Shahed" tipli pilotsuz uçuş aparatlarına qarşı istifadə ediləcək ələkeçirici dronların istehsalının maliyyələşdirilməsi daxildir.
Prezident qeyd edib ki, qarşıdan gələn qış dövrü üçün enerji təminatının gücləndirilməsi də yardım paketinin əsas istiqamətlərindəndir.
Bundan əlavə, Ukrayna və Almaniya təhlükəsizlik sahəsində əməkdaşlıqla bağlı 15 saziş və sənəd imzalayıb. Bu razılaşmalar silah istehsalı və satınalmaları, Ukraynanın Almaniya sənayesi üçün sifarişləri, eləcə də Ukraynada həyata keçiriləcək birgə layihələri əhatə edir. Sənədlərin ümumi dəyərinin 8,5 milyard avrodan çox olduğu bildirilib.
Fridrix Merts isə Ukrayna ilə əlavə hərbi əməkdaşlıq barədə razılıq əldə edildiyini açıqlayıb. Kansler əməkdaşlığın bəzi detalları barədə məlumat verməkdən imtina edib.
Merts Almaniyanın Ukraynanı bundan sonra da dəstəkləyəcəyini vurğulayıb. O, həmçinin Rusiyanın iqtisadi vəziyyətinə toxunaraq, ölkə iqtisadiyyatının müharibə səbəbindən ciddi tənəzzüllə üzləşdiyini və müharibəni uzun müddət davam etdirmək imkanlarının məhdudlaşdığını bildirib.
Kansler əlavə edib ki, Almaniya ilə Ukrayna arasında əməkdaşlıq hərbi sahə ilə yanaşı, birgə layihələri və biznes fəaliyyətini də əhatə etməlidir.
Oxşar xəbərlər
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Almaniyadan Azərbaycana 18 zubr yola salınıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Robert Fitso Serbiyada parlament seçkiləri öncəsi Vuçiçə dəstək verib
-
Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb
-
Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb
-
Tramp: İran nüvə silahını yaratmaq planlarından imtina edib
-
Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb
-
İngiltərə yığması Xorvatiyaya tarixində ən böyük məğlubiyyəti yaşadıb













