Litva yığmasının baş məşqçisi Yankauskas: "Azərbaycan millisi yaxşı oyun göstərdi"
Azərbaycan millisi Litva ilə matçda yaxşı oyun göstərdi.
"Far.Az" xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Edqaras Yankauskas Bakıda Azərbaycan millisi ilə oyundan (0:1) sonra mətbuat konfransında deyib.
Mütəxəssis UEFA Millətlər Liqasının qrup mərhələsində keçirilən matçın nəticəsini dəyərləndirib:
"Meydanda iki bərabər səviyyəli komanda mübarizə aparırdı. Qol vəziyyətlərindən istifadə edə bilmədik. Amma rəqib bundan daha yaxşı istifadə etdi. Azərbaycan millisini təbrik edirəm".
Baş məşqçi oyunda hakimliyə də toxunub:
"Qrup birincisi olmaq artıq öz əlimizdə deyil. VAR qərarına gəlincə, ümumiyyətlə, hakim bütün məsələlərdə Azərbaycan millisinin xeyrinə qərar verdi. Buraxdığımız qoldan əvvəl Azərbaycan millisinin oyunçusu qaydanı pozmuşdu. Həmçinin bir sıra epizodlarda rəqibə simpatiya göstərdi".
Oxşar xəbərlər
UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib - YENİLƏNİB-5
Nazirlik sel təhlükəsi zamanı qorunmağın yollarını göstərdi
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Edqaras Yankauskas: "Azərbaycan millisi ilə oyunda heç-heçə bizə kifayət etməyəcək"
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB-11
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Robert Fitso Serbiyada parlament seçkiləri öncəsi Vuçiçə dəstək verib
-
Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb
-
Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb
-
Tramp: İran nüvə silahını yaratmaq planlarından imtina edib
-
İngiltərə yığması Xorvatiyaya tarixində ən böyük məğlubiyyəti yaşadıb
-
Qubada yol tamamilə çökdü













