Alimlərdən yeni kəşf: Beyin məşqlə eyni anda iki işi görə bilir
Far.Az xəbər saytı

Alimlərdən yeni kəşf: Beyin məşqlə eyni anda iki işi görə bilir


ABŞ-də aparılan yeni araşdırma beynin uzunmüddətli məşq nəticəsində müəyyən zehni tapşırıqları avtomatlaşdıraraq eyni vaxtda iki işi yerinə yetirə bildiyini ortaya çıxarıb.

Far.Az xəbər verir ki, araşdırma Corctaun Universitetinin Tibb Mərkəzinin nevroloqları tərəfindən aparılıb.

Tədqiqat çərçivəsində iştirakçılar həftələrlə 30 mindən çox vizual təsnifat testindən keçirilib. Onların beyin fəaliyyəti təcrübənin əvvəlində və sonunda funksional maqnit-rezonans görüntüləmə və elektroensefaloqrafiya vasitəsilə izlənilib.

Nəticələr göstərib ki, məşqin ilkin mərhələsində mürəkkəb tapşırığın yerinə yetirilməsi üçün beynin icraedici funksiyalara cavabdeh olan prefrontal korteksindən intensiv istifadə olunur. Uzunmüddətli məşqdən sonra isə tapşırığın emalı temporal korteksə ötürülür və proses avtomatlaşır.

Alimlər şakak payında əvvəllər mövcud olmayan yeni kateqoriya emalı sahəsinin formalaşdığını müəyyənləşdiriblər. Bunun nəticəsində prefrontal korteks digər zehni fəaliyyət üçün sərbəst qalır.

Araşdırmanın son mərhələsində iştirakçılara eyni vaxtda ikinci zehni tapşırıq verilib. Görmə ilə bağlı tapşırığı temporal korteksə ötürməyi bacaran şəxslərin ikinci tapşırığı da uğurla yerinə yetirdiyi müəyyənləşib.

Tədqiqatın müəlliflərindən biri, nevroloq Maksimilian Rizenhuber bildirib ki, nəticələr beynin yalnız tapşırıqlar arasında sürətlə keçid etmədiyini, uzunmüddətli məşqlə sinir əlaqələrini yenidən təşkil edərək eyni vaxtda bir neçə prosesi həyata keçirmək imkanını genişləndirə bildiyini göstərir.

Oxşar xəbərlər

İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
İlham Əliyev Qarabağ Universitetinin Klinikası binasının açılışında iştirak edib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər