Kənan Yıldız 2027-ci ilin yayında "Real"a keçə bilər
Far.Az xəbər saytı

Kənan Yıldız 2027-ci ilin yayında "Real"a keçə bilər


Türkiyə millisinin futbolçusu Kənan Yıldız 2027-ci ilin yayında İspaniya təmsilçisi "Real"a keçə bilər.

"Far.Az" "Corriere dello Sport"a istinadən xəbər verir ki, "Yuventus" klubu 2026/2027 mövsümünün yekunlarına əsasən, UEFA Çempionlar Liqasına vəsiqə qazana bilməsə, 21 yaşlı vingeri itirmək təhlükəsi ilə üzləşəcək.

Belə ssenari 100 milyon avro dəyərində qiymətləndirilən oyunçunun transferi ilə bağlı müzakirələrə yol açacaq.

Madrid təmsilçisi 2025-ci ilin qışında da futbolçunu heyətinə qatmaq istəyib.

Xatırladaq ki, Kənan Yıldızın "Yuventus"la müqaviləsinin müddəti 2030-cu ilin yayınadək nəzərdə tutulub. Hazırda zədəli olan oyunçu ötən mövsüm 51 matçda 14 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Oxşar xəbərlər

"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB-11
"Sabah" Azərbaycan Kubokunun 2025/2026 mövsümünün qalibi olub - YENİLƏNİB-6
"Sabah" UEFA Çempionlar Liqasında əsas mərhələyə vəsiqə qazanıb - YENİLƏNİB-11
FHN tərəfindən "Yaz-yay fəsillərində sel təhlükəsi" mövzusunda növbəti tədbirlər keçirilib
Nazirlik sel təhlükəsi zamanı qorunmağın yollarını göstərdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər