ABŞ-də itkin düşən tibbi təyyarənin qalıqları tapılıb
Far.Az xəbər saytı

ABŞ-də itkin düşən tibbi təyyarənin qalıqları tapılıb


ABŞ-nin Massaçusets ştatında Nantaket adası yaxınlığında itkin düşən tibbi təyyarənin qalıqları aşkarlanıb. Təyyarədə olan 6 nəfərin axtarışı davam etdirilir.

Far.Az xəbər verir ki, ABŞ Sahil Mühafizəsinin əməkdaşları və yerli xilasetmə qrupları təyyarənin qalıqlarını Nantaketdən təxminən 32 kilometr aralıda, 24-27 metr dərinlikdə müəyyən ediblər.

Axtarış-xilasetmə əməliyyatı zamanı 7 355 kvadratkilometrə yaxın ərazi, ümumilikdə 53 saatdan çox müddətdə fasiləsiz şəkildə yoxlanılıb.

"Gulfstream G100" tipli təyyarə Bermud adalarından Boston istiqamətində uçarkən onunla əlaqə kəsilib. Təyyarədə 4 Kanada və 2 Bermud vətəndaşı olub.

Sahil Mühafizəsi axtarışların əsas məqsədinin təyyarədəki 6 nəfərin tapılması olduğunu açıqlayıb.

Oxşar xəbərlər

Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş konfrans keçirilib
Amnistiya aktı məntəqə tipli cəzaçəkmə müəssisəsində icra olunub
II və III ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanı keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər