Laçında daha üç su elektrik stansiyası tikilir
"AzərEnerji" tərəfindən Laçın rayonunda ümumi gücü 10,7 meqavat olan daha üç su elektrik stansiyası inşa edilir.
Far.Az xəbər verir ki, bu barədə "AzərEnerji" ASC məlumat yayıb.
Bildirilib ki, Şəlvə çayının Laçın rayonundan keçən hissəsində tikilən 4,59 meqavatlıq "Seyidlər", 3,16 meqavatlıq "Bülövlü" və 2,93 meqavatlıq "Qoşasu" su elektrik stansiyalarının hər biri üçün suqəbuledici qurğular inşa olunub. Mürəkkəb dağlıq relyefdə stansiyalara suyun çatdırılması üçün ümumilikdə, 14,5 kilometr uzunluğunda derivasiya boru xətləri çəkilib.
Hazırda hər üç stansiyada tikinti işləri yekunlaşmaq üzrədir. Stansiyalarda turbin və generatorların quraşdırılması həyata keçirilir. İşlərin yaxın aylarda başa çatdırılması nəzərdə tutulur.
Qeyd edək ki, son 6 il ərzində "AzərEnerji" tərəfindən Laçın rayonunda ümumi gücü 72,6 meqavat olan 11 su elektrik stansiyası tikilərək istismara verilib. Yeni üç stansiyanın da istifadəyə verilməsi ilə rayonda fəaliyyət göstərən su elektrik stansiyalarının sayı 14-ə, ümumi gücü isə 83,3 meqavata çatacaq.
Hazırda Laçın rayonunun 8-10 meqavatlıq elektrik tələbatı tam olaraq su elektrik stansiyalarında istehsal olunan "yaşıl enerji" hesabına qarşılanır. Tələbatdan artıq istehsal olunan elektrik enerjisi isə ölkənin vahid enerji sisteminə ötürülür.
Qalereya
Oxşar xəbərlər
Prezident Laçında Hoçaz çayının üzərindəki su elektrik stansiyalarının açılışında iştirak edib
Bakı–Ələt–Qazax magistralının sonuncu hissəsinin genişləndirilməsi yekunlaşmaq üzrədir
Azərbaycanda Energetiklər Günü qeyd olunur
İlham Əliyevin sədrliyi ilə Bakı və Abşeronda su təchizatına dair Dövlət Proqramına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB
"Xankəndi-1" elektrik yarımstansiyası istismara verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda məktəbin qarşısında 18 yaşlı gənc öldürüldü: Saxlanılan var
-
İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - YENİLƏNİB
-
"Boeing" və "Lockheed Martin" şirkətləri 14,7 mlrd dollarlıq müqavilə imzalayıblar
-
Taliban: Əfqanıstanda sülh bərqərar olub, ölkə dünya ticarətinin tranzit mərkəzinə çevrilə bilər
-
Zelenski: Ukraynalı pilotlar Fransanın "Rafale" təyyarələrində təlimlərə başlayacaqlar
-
Fransada anomal istilərin vurduğu ziyan 16 milyard avro qiymətləndirilir













