Xaqani Məmmədov: "Sabah" "Slaviya" ilə eyni səviyyəli komandadır"
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün üz-üzə gələcəyi Çexiyanın "Slaviya" klubu ilə eyni səviyyəli komandadır.
Bunu "Far.Az"a açıqlamasında "Neftçi" İdman Klubunun akademiya direktoru Xaqani Məmmədov deyib.
Mütəxəssis Azərbaycan təmsilçisinin şanslarını yüksək qiymətləndirib:
"Sabah" bu komanda ilə başabaş oynaya bilər. "Slaviya" hər il Çempionlar Liqasında iştirak edən təcrübəli kollektivdir. Lakin "Sabah" da hazırda ən yaxşı formasındadır. Maraqlı oyun olacaq. Şansları bərabər dəyərləndirərdim. Çünki "Sabah" evdə oynayır və komanda yaxşı vəziyyətdədir. Qələbə də qazana bilər. Oyuna yüksək motivasiya və istəklə çıxsalar, qalib gələcəklərinə inanıram".
Azərbaycan millisinin keçmiş futbolçusu Çexiya təmsilçisinə qarşı oyununu da xatırlayıb:
"2000-ci ildə "Şəmkir"in heyətində "Slaviya"ya qarşı oynamışam. Çexiya futbolunun səviyyəsi hər zaman yüksək olub. Onların oyunçuları yaxşı klublara transfer olunurlar".
Qeyd edək ki, "Sabah" - "Slaviya" görüşü bu gün, saat 20:45-də Bakı Olimpiya Stadionunda start götürəcək.
Oxşar xəbərlər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Konfrans Liqası: "Neftçi" öndə olduğu matçda "Dinamo"ya uduzub - YENİLƏNİB-9
Bakı Olimpiya Stadionunda "Sabah"ın "Slaviya" ilə oyunöncəsi açıq məşqi baş tutub
"Birliyin Gücü - 2026" birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məsim Məmmədov: "Laçın rayonundan olan 980 ailə doğma torpaqlarına qayıdıb"
-
Abşeronda toyuq əti emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
-
Azərbaycan neftinin qiyməti 128 dollardan aşağı düşüb
-
Hindistanın XİN rəhbəri Azərbaycana gəlib
-
Bakıda III Milli Rəqabət Forumu keçirilir
-
Nərimanovda mənzillər üçün satış şərtləri yeniləndi – ƏTRAFLI













