Bakı ilə Aktau və Kurık limanları arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
Far.Az xəbər saytı

Bakı ilə Aktau və Kurık limanları arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub


Qazaxıstanda səfərdə olan AZCON Holding və Azərbaycan Dəmir Yollarının (ADY) nümayəndə heyəti bu ölkənin aparıcı liman və terminallarının fəaliyyəti ilə tanış olub.

Bu barədə "Report"a "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-dən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində Aktau və Kurık limanları, Aktau Dəniz Şimal Terminalı, "Aktau Beynəlxalq Konteyner Qovşağı" MMC və "Sarja" multimodal terminalının infrastrukturuna baxış keçirilib, regionun nəqliyyat-logistika imkanlarının genişləndirilməsində bu liman və terminallarda aparılan əməliyyatların mühüm rol oynadığı bildirilib.

Limanların rəhbərliyi ilə görüşlərdə Bakı Beynəlxalq Dəniz Limanı ilə Aktau və Kurık limanları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, yükaşırma əməliyyatlarının səmərəliliyinin artırılması və rəqəmsal məlumat mübadiləsinin təşkili ilə bağlı məsələlər müzakirə olunub.

Tərəflər tranzit yüklərin daşınması proseslərinin optimallaşdırılması və Orta Dəhlizin rəqabətqabiliyyətliliyinin gücləndirilməsi baxımından limanlar arasında koordinasiyanın əhəmiyyətini vurğulayıblar.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Horadiz-Ağbənd dəmir yolu ilə Araz İqtisadi Zonası Sənaye Parkına yüklərin daşınmasına başlandı
Prezident Naxçıvanda elektrik mühərrikli yeni avtobuslara baxıb, dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri ilə tanış olub
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər