Pakistanda məktəb damının uçması nəticəsində 28 uşaq və 1 müəllimə ölüb - yenilənib-2
Pakistanın Peşəvər şəhərinin Dir-Koloni rayonunda özəl məktəbin damının uçması nəticəsində ən azı 28 uşaq və 1 müəllimə həlak olub.
"Report"un məlumatına görə, bu barədə Pakistan mediası rəsmilərə istinadən xəbər verir.
Həmçinin 20 uşağın xəsarət aldığı bildirilir.
Paytaxt polisinin rəisi Mian Səid damın uçması nəticəsində 40-dan çox insanın zərər çəkdiyini bildirib.
Onun sözlərinə görə, hadisədən sonra özəl məktəbin sahibi həbs edilib.
Axtarış-xilasetmə işləri davam etdirilir.
Pakistanın Peşəvər şəhərinin Dir-Koloni bölgəsində özəl məktəbin damının uçması nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb.
"Report" xəbər verir ki, bu barədə Pakistan mediası məlumat yayıb.
Onlardan 21-i şagird, 1-i isə müəllimdir.
Həmçinin 20 uşağın xəsarət aldığı bildirilir.
Pakistanın Peşəvər şəhərinin Dir-Koloni rayonunda özəl məktəbin damının uçması nəticəsində ən azı 17 şagird həlak olub.
"Report" xəbər verir ki, bu barədə "Dawn" nəşri məlumat yayıb.
Xəstəxananın nümayəndəsi bildirib ki, onların əksəriyyətinin 13 yaşı var. Hadisə ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.
"Express Tribune" nəşri şagirdlərlə yanaşı, bir müəllimin də həlak olduğunu yazıb.
Bundan başqa, 30-dan çox yaralı xəstəxanaya çatdırılıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Xətai rayonunda Heydər Əliyev Fondu tərəfindən yeni məktəb binası istifadəyə verilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
"UFC Fight Night Baku": İlkin döyüşlər başa çatıb, Fərman Həsənov qələbə qazanıb - YENİLƏNİB-6
FHN şagird və müəllimlərlə təlim keçirdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Nərimanovda mənzillər üçün satış şərtləri yeniləndi – ƏTRAFLI
-
Bakıda və Abşeron yarımadasında tozlu hava hökm sürür
-
Laçın və Zəngilanda "Səyyar Gənclər Xidməti" fəaliyyət göstərəcək
-
FHN Gəncə Dövlət Filarmoniyasında təlim keçirib
-
İsrail aviasiyası Livanın cənubunda "Hizbullah"ın mövqelərinə zərbələr endirib
-
Bakıda və Abşeronda hava iki gün tozlu olacaq













