Emin Əmrullayev: Azərbaycan və Özbəkistanın təhsil sahəsində çox yaxşı təcrübə mübadiləsi var
Far.Az xəbər saytı

Emin Əmrullayev: Azərbaycan və Özbəkistanın təhsil sahəsində çox yaxşı təcrübə mübadiləsi var


Azərbaycan və Özbəkistanın təhsil sistemi sahəsində çox yaxşı təcrübə mübadiləsi var.

"Report"un Qarabağa ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycan və Özbəkistan ali təhsil müəssisələri arasında İkinci Rektorlar Forumunda elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir Azərbaycan və Özbəkistan universitetləri arasında akademik əlaqələrin genişləndirilməsinin, təcrübə mübadiləsinin gücləndirilməsinin və birgə təşəbbüslərin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb:

"Qeyd etmək istərdim ki, torpaqlarımız işğaldan azad olunduqdan sonra Qarabağda ilk layihə, ilk hədiyyə məhz Özbəkistan Prezidentinin təşəbbüsü ilə Füzuli şəhərində 20 nömrəli Mirzə Uluqbəy adına 1 nömrəli məktəb olub. Mən həmçinin xüsusi vurğulamaq istərdim ki, Azərbaycan və Özbəkistan arasında, təbii ki, uzun illər ərzində formalaşmış ortaq mədəni, tarixi bir irs var. Təhsil işçiləri olaraq bizim qarşımızda duran əsas missiya bu dostluğu, bu qardaşlığı təhsil vasitəsilə növbəti nəsillərə ötürməkdən ibarətdir".

E.Əmrullayev bildirib ki, hazırda 150-dən artıq Özbəkistan vətəndaşı Azərbaycanda təhsil alır:

"Bu yaxşı rəqəmdir, ona görə ki, bir neçə il əvvəl bu rəqəm təxminən üç-dörd dəfə az idi. bu gün Qarabağ Universitetində təhsil alan 10 xarici tələbədən 1-i Özbəkistan vətəndaşıdır. Bu da bizi çox sevindirir, çünki məhz qardaş Özbəkistandan olan tələbələrin Qarabağa gəlməsi olduqca vacibdir".

ƏLAVƏ OLUNUR

Oxşar xəbərlər

Nazir bu müəllimləri təltif edildi - ADLAR
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Şahi-Zində və Uluqbəy rəsədxanası mediaforum nümayəndələrini heyran edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər