Belarus parlamentinin sədri Ağdamda aqroşəhərciyin tikintisinin gedişatı ilə tanış olub
Belarus Milli Məclisi Nümayəndələr Palatasının sədri İqor Sergeyenkonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın Qarabağ iqtisadi rayonuna səfər edib və Ağdam rayonunda aqroşəhərciyin tikintisinin gedişatı ilə tanış olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Belarusun Azərbaycandakı səfirliyinin sosial şəbəkələrdəki məlumatında bildirilib.
İ.Sergeyenkonun rəhbərlik etdiyi nümayəndə heyəti səfir Dmitri Pineviçin müşayiəti ilə Qızıl Kəngərli kəndinə səfər edib, orada tikinti işlərinin gedişatı, müasir yaşayış və aqrar kompleksinin yaradılması planları ilə tanış olub.
Bundan əlavə, Belarus parlamentariləri Ağdam Sənaye Parkına səfər edib, burada "VERTUS" MMC-nin yeni yüksək texnologiyalı istehsal müəssisəsinin tikintisi üçün nəzərdə tutulmuş sahəyə baxış keçiriblər.
Səfər çərçivəsində nümayəndə heyəti Şuşada da olub, burada bərpa işlərinin gedişatı ilə tanış olub və şəhərin tarixi-mədəni abidələrini ziyarət edib.
Belarus nümayəndələri həlak olanların xatirəsini Xankəndidə Zəfər Parkında yad edib, həmçinin Qarabağ Universitetində olub, burada tədris və elmi fəaliyyət şəraiti ilə tanış olublar.
Qeyd edək ki, 2024-cü ilin may ayında Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin Azərbaycanın azad edilmiş ərazilərində aqroşəhərcik tikməyə hazır olduğunu bəyan edib. 2024-cü ilin oktyabrında Azərbaycan və Belarusun Kənd Təsərrüfatı nazirlikləri Ağdam rayonunun Qızıl Kəngərli kəndində "kənd təsərrüfatı məhsulları istehsalının inkişafı üzrə birgə fəaliyyətə dair Yol Xəritəsi" imzalayıblar. Kənddəki aqroşəhərciyin 2027-ci ildə fəaliyyətə başlayacağı gözlənilir.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
Horadiz-Ağbənd dəmir yolu ilə Araz İqtisadi Zonası Sənaye Parkına yüklərin daşınmasına başlandı
Prezident İlham Əliyev Şuşada "Yasəmən" hotelinin yeni korpusları ilə tanış olub
Sumqayıt Sənaye Parkında karton və qutu taralarının istehsalı müəssisəsinin açılışı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Premyer Liqa: "Kəpəz" doğma meydanda "Zirə" ilə heç-heçə edib
-
Türkiyədə dini mərasimdə 100 nəfər qidadan zəhərlənib
-
Vens: ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazını qorumasa, benzin üç dəfə bahalaşa bilərdi
-
Azərbaycan şirkətləri Avropa bazarındakı imkanlardan niyə tam istifadə edə bilmirlər?
-
Britaniya səfiri: Azərbaycanla tərəfdaşlığın qarşıdakı illərdə daha da möhkəmlənməsini arzulayıram
-
Premyer Liqa: "İmişli" "Turan Tovuz"u məğlub edib













