Hafiz İsmayılbəyli yenidən auditor təyin edilə bilər
Far.Az xəbər saytı

Hafiz İsmayılbəyli yenidən auditor təyin edilə bilər


Hesablama Palatasına auditor vəzifəsinə namizədin adı açıqlanıb.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sabah keçiriləcək iclasının gündəliyinə daxil edilib.

İclasda Hafiz Mahir oğlu İsmayılbəylinın Azərbaycan Respublikası Hesablama Palatasının auditoru vəzifəsinə namizədliyinə dair rəy müzakirə olunacaq.

H.İsmayılbəyli sonuncu dəfə bu vəzifəyə 22 oktyabr 2019-cu il tarixində Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə təyin edilib.

"Hesablama Palatası haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, qurumun rəhbər heyəti (üzvləri) cəmi 5 auditordan ibarətdir.

Oxşar xəbərlər

Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
Prezident Ərəb Koordinasiya Qrupuna üzv qurumların rəhbər şəxslərini qəbul edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər