"Sabah" "Borussiya Dortmund"a məğlub oldu
Far.Az xəbər saytı

"Sabah" "Borussiya Dortmund"a məğlub oldu


"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda "Borussiya Dortmund"a məğlub olub.

Far.Az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən matçda qonaqlar 1:2 hesabı ilə qalib gəliblər.

Bundesliqa təmsilçisinin heyətində Seru Girassi (10, 53) dubl müəllifi olub. Azərbaycan çempionunun yeganə qolu isə Eyden Makkartinin (39) adına yazılıb.

***21:56

"Sabah" və "Borussiya" (Dortmund, Almaniya) komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun oyununda növbəti qol vurulub.

Far.Az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən matçda qonaqlar yenidən hesabda irəli çıxıblar - 2:1.

53-cü dəqiqədə Seru Qirassi dublunu rəsmiləşdirib.

***21:24

"Sabah" və "Borussiya" (Dortmund, Almaniya) komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun oyununda ikinci qol vurulub.

Far.Az xəbər verir ki, Eyden Makkarti 39-cu dəqiqədə hesabı bərabərləşdirib.

***20:55

"Sabah" - "Borussiya Dortmund" qarşılaşmasında hesab açılıb.

Far.Az xəbər verir ki, Seru Qirassi 10-cu dəqiqədə hesabı açıb.

***20:45

Bakı Olimpiya Stadionunda UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turu çərçivəsində "Sabah" - "Borussiya Dortmund" qarşılaşması start götürüb.

Far.Az xəbər verir ki, görüşü ispaniyalı hakim Xavyer Alberola Roxas idarə edir.

***19:27

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda qarşılaşacaq "Sabah" " və "Borussiya" (Dortmund, Almaniya) komandalarının start heyətləri açıqlanıb.

Far.Az xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar.

"Sabah": Stas Pokatilov (k), Stiv Solvet, Eyden Makkarti, Timoteuş Puxaç, Akim Zedadka, İvan Lepinitsa, Umarali Raxmonaliyev, Du Keyros, Velko Simiç, Coy-Lens Mikels, Kahim Parris.

"Borussiya": Qreqor Kobel, Valdemar Anton, Niko Şlotterbek (k), Rami Bensebayni, Feliks Nmeça, Seru Qirassi, Karni Çukvuemeka, Fabio Silva, Daniel Svensson, Coui Verman, Yulian Ryuerson.

Qeyd edək ki, "Sabah" – "Borussiya" görüşü bu gün, saat 20:45-də Bakı Olimpiya Stadionunda start götürəcək.

Oxşar xəbərlər

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
UEFA Çempionlar Liqası: "Borussiya" "Sabah"la oyunda yenidən hesabda irəli çıxıb - Yenilənir-5
Nazir bu müəllimləri təltif edildi - ADLAR
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB-11

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər