KPMG "Yaşıl Enerji Dəhlizi" ilə bağlı 4 prioritet istiqaməti müəyyən edib
"Yaşıl Enerji Dəhlizi"nin növbəti mərhələyə keçməsi üçün işlər 4 istiqamətdə getməlidir.
"Report" xəbər verir ki, bunu KPMG beynəlxalq audit şirkətinin Qafqaz və Mərkəzi Asiya regionunda İnvestisiyalar və kapital bazarı departamentinin direktor müavini İrsen Pak bu gün Bakıda keçirilmiş "Yaşıl Enerji Dəhlizinə İnvestisiya və Tərəfdaşlıq Forumu"nda bildirib.
"Texniki-iqtisadi əsaslandırmadan banklar tərəfindən maliyyələşdirilə bilən layihəyə doğru: Yaşıl Enerji Dəhlizinin maliyyələşdirilməsi" adlı təqdimatla çıxış edən KPMG rəsmisi deyib ki, həmin istiqamətlər dayanıqlı kommersiya modeli, aydın transsərhəd tənzimləyici çərçivə, risklərin effektiv bölüşdürülməsi və maliyyə vəsaiti cəlb etməyə imkan verən kapital strukturudur.
Onun fikrincə, bu elementlərin uzlaşdırılması investorları layihənin texniki-iqtisadi cəhətdən həyata keçirilməsinin mümkünlüyünə inandıracaq.
KPMG layihənin investisiya üçün hazırlıq səviyyəsini formalaşdıracaq, bir-biri ilə əlaqəli 4 iş istiqaməti müəyyən edib. Bunlar aşağıdakılardır:
- Kommersiya modeli: Layihə üzrə gəlirlərin necə formalaşacağını və davamlılığının necə təmin ediləcəyini müəyyən etmək.
- Tənzimləyici çərçivə: Transsərhəd tənzimləyici və müqavilə mexanizmlərini müəyyən etmək.
- Risklərin bölüşdürülməsi: Risklərin necə bölüşdürülməli olduğunu müəyyən etmək və kredit keyfiyyətinin artırılması tədbirlərinə ehtiyacı müəyyənləşdirmək.
- Kapital strukturu: Borclanma imkanlarını qiymətləndirmək və kreditorlarla danışıqlara hazırlaşmaq.
"Layihəni bankların maliyyələşdirməsinə ayrıca prosesi kimi yanaşmaq olmaz. Kommersiya modeli, tənzimləyici mexanizmlər, risklərin bölüşdürülməsi və kapital strukturu vahid bir təklif kimi işlənib hazırlanmalıdır. Məhz bu, investorlar və kreditorlarla səmərəli qarşılıqlı fəaliyyət və nəticə etibarilə investisiya qərarının qəbul edilməsi üçün zəmin yaradır", – deyə İ.Pak bildirib.
Oxşar xəbərlər
Azərbaycanda auditin yeni missiyası: Etimad yaradan strateji tərəfdaşlıq modeli - ARAŞDIRMA
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yasamal və Binəqədinin bir hissəsində işıq olmayacaq
-
"Gəncə Mall"da oğurluq
-
Türk dövlətləri konstitusiya məhkəmələrinin nümayəndələri Xankəndidə görüşdülər
-
"Araz-Naxçıvan"ın prezidenti Ceyhun Sultanov: "8 turun nəticələrindən razı qalmaq mümkün deyil"
-
Sumqayıtda mühafizəçi işlədiyi şirkətdən oğurluq etməkdə şübhəli bilinir
-
BDU-da Yer elmləri və ətraf mühit tədqiqatları Mərkəzi yaradılır













