Bir sıra qanunların "Aqrar sahə haqqında" qanun layihəsinə uyğunlaşdırılması I oxunuşda qəbul olunub
Far.Az xəbər saytı

Bir sıra qanunların "Aqrar sahə haqqında" qanun layihəsinə uyğunlaşdırılması I oxunuşda qəbul olunub


Milli Məclisin bu gün keçirilən plenar iclasında Mülki Məcəllədə, "Kredit ittifaqları haqqında", "Büdcə sistemi haqqında", "Fitosanitar nəzarəti haqqında" və "Ekoloji təmiz kənd təsərrüfatı haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi I oxunuşda qəbul olunub.

"Far.Az" xəbər verir ki, həmin qanunlar "Aqrar sahə haqqında" qanun layihəsinə uyğunlaşdırılıb.

Dəyişikliklərə əsasən, qanunvericilikdə "kənd təsərrüfatı" ifadələrinin bir hissəsi "aqrar" anlayışı ilə əvəz olunur, aqrar kooperativlər və aqrar sahədə fəaliyyət göstərən ictimai birliklərlə bağlı müddəalar dəqiqləşdirilir.

"Büdcə sistemi haqqında" Qanuna "aqrar subsidiya" anlayışı əlavə edilir. Aqrar subsidiya aqrar məhsul istehsalını stimullaşdırmaq və xərcləri qismən və ya tam kompensasiya etmək məqsədilə dövlət büdcəsindən verilən, vergiyə cəlb edilməyən əvəzsiz maliyyə vəsaiti kimi müəyyənləşdirilir.

"Fitosanitar nəzarəti haqqında" Qanunda dövlət fitosanitar xidmətinə dair bir sıra müddəalar ləğv edilir və terminologiya bitki sağlamlığı üzrə xidmət göstərən fiziki və hüquqi şəxsləri əhatə edəcək şəkildə yenilənir. Qanunun müvafiq fəsli ləğv olunur, dövlət fitosanitar xidmətinin təşkili ilə bağlı bəzi normalar çıxarılır.

"Ekoloji təmiz kənd təsərrüfatı haqqında" Qanuna da çoxsaylı terminoloji dəyişikliklər edilir. Sənədin müxtəlif maddələrində "kənd təsərrüfatı" və "kənd təsərrüfatı məhsulları" ifadələri müvafiq olaraq "aqrar" və "aqrar məhsullar" anlayışları ilə əvəzlənir.

Mülki Məcəllədə isə aqrar kooperativlər, aqrar məhsullar və aqrar sahədə fəaliyyət göstərən ictimai birliklərlə bağlı müddəalar yenilənir. Həmçinin bitkiçilik və heyvandarlıq sahəsində istehsal edilən xammal və malların məhsul anlayışına aid edilməməsi barədə norma yeni redaksiyada verilir.

Oxşar xəbərlər

"Kağız gətir - kitab apar" sosial-ekoloji layihəsinə start verildi
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Aqrar Subsidiya Şurası yeni dövlət dəstəyi mexanizmlərini təsdiqləyib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Nazir bu müəllimləri təltif edildi - ADLAR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər