"Aqrar sahə haqqında" qanun layihəsi I oxunuşda qəbul olunub
Far.Az xəbər saytı

"Aqrar sahə haqqında" qanun layihəsi I oxunuşda qəbul olunub


Milli Məclisin bu gün keçirilən plenar iclasında "Aqrar sahə haqqında" qanun layihəsi I oxunuşda qəbul olunub.

"Far.Az" xəbər verir ki, yeni qanunvericilik çərçivəsində kənd təsərrüfatının təşkili, dövlət dəstəyi, torpaq və su ehtiyatlarından istifadə, bitki və heyvan sağlamlığı, eləcə də kənd yerlərinin inkişafı üzrə bir sıra yeni mexanizmlər müəyyən edilir.

Qanunda aqrar məhsulun ilkin və sənaye emalı anlayışları dəqiqləşdirilir, aqrar məhsul istehsalçılarının reytinq sisteminin tətbiqi nəzərdə tutulur. Dövlət dəstəyi tədbirləri zamanı informasiya sisteminin məlumatları və istehsalçıların reytinqi nəzərə alınacaq.

Sənəddə torpaqların konsolidasiyası, müasir suvarma sistemlərinin tətbiqi, aqrar kooperativlərin və aqroklasterlərin inkişafı, müqavilə əsaslı istehsalın genişləndirilməsi, fermerlərin məhsullarının satış imkanlarının artırılması da prioritet istiqamətlər kimi müəyyən edilir.

Bununla yanaşı, iqlim dəyişikliklərinə uyğunlaşma, su ehtiyatlarından səmərəli istifadə, rəqəmsallaşma, aqrar sahədə elmi tədqiqatların və peşə hazırlığının dəstəklənməsi ilə bağlı tədbirlər nəzərdə tutulur.

Qanun aqrar xidmətlərin əhatəsini də müəyyən edir. Bu xidmətlərə subsidiyaların verilməsi, torpaq və su analizləri, toxumların sertifikatlaşdırılması, kənd təsərrüfatı texnikasının qeydiyyatı, heyvanların müayinəsi və bitki mühafizəsi tədbirləri daxildir.

Sənəddə həmçinin aqrar sahədə dövlət nəzarətinin istiqamətləri, satış infrastrukturunun inkişafı və aqroturizmin təşviqi ilə bağlı müddəalar yer alır. Qanunun qüvvəyə minməsi ilə "Taxıl haqqında", "Çayçılıq haqqında", "Pambıqçılıq haqqında" və "Kənd təsərrüfatı kooperasiyası haqqında" qanunların ləğvi nəzərdə tutulur.

Oxşar xəbərlər

Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL
İlham Əliyevin sədrliyi ilə Bakı və Abşeronda su təchizatına dair Dövlət Proqramına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB
Azərbaycanda torpaqların konsolidasiyası üçün Türkiyə təcrübəsindən istifadə olunacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər