Nazir: Cari ilin 9 ayı ərzində Azərbaycanın Hindistanla ticarət dövriyyəsi 600 milyon dollar olub
Cari ilin 9 ayı ərzində Azərbaycanın Hindistanla ticarət dövriyyəsi 600 milyon dollar olub.
"Report"un məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov oktyabrın 23-də Bakıda hindistanlı həmkarı Subrahmanyam Cayşankarla birgə mətbuat üçün brifinqdə deyib.
Nazir bildirib ki, hindistanlı həmkarı ilə görüşdə iqtisadi əlaqələr də müzakirə edilib:
"Bu ilin 9 ayı ərzində ticarət dövriyyəsi 600 milyon ABŞ dolları olub. Bunu daha da artırmaq potensialı mövcuddur".
Ceyhun Bayramov həmçinin bildirib ki, Azərbaycanda 1000-dən artıq Hindistan şirkəti fəaliyyət göstərir:
"Ümumi olaraq, bu cür layihələrdə hər iki dövlət arasında qarşılıqlı maraq olduqca böyükdür. Hindistan şirkətləri tibb və əczaçılıq sektorunda qlobal miqyasda aparıcı istehsalçılar arasında yer alır. Azərbaycanda da tibb və dərman avadanlıqları sırasında yerli istehsal olunan məhsullar mövcuddur".
Oxşar xəbərlər
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Maşın qiymətinə olan telefon nömrələri satışa çıxarıldı - SİYAHI
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Ceyhun Bayramov İrpendə Azərbaycanın dəstəyi ilə bərpa olunan obyektlərdə olub
Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qubada qaydaları pozan qazilər həbs edildilər
-
Bakı və Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlanılıb
-
Ucarda ilk dəfə "Çəltik və Aqrar Biznes Festivalı" keçirilir
-
Şamaxıda kanalizasiya daşdı, evi su basdı
-
Azərbaycan BMT-də din və əqidə azadlığı üzrə xüsusi məruzəçiyə etiraz edib
-
Antonelli ABŞ Qran-prisində "Formula-1" tarixinin ən gənc çempionu ola bilər













