"Şəfa"nın baş məşqçisi Vasif Haqverdiyev 5 oyunluq cəzalanıb
Far.Az xəbər saytı

"Şəfa"nın baş məşqçisi Vasif Haqverdiyev 5 oyunluq cəzalanıb


AFFA U-17 Liqasında çıxış edən "Şəfa"nın baş məşqçisi Vasif Haqverdiyev beş oyunluq cəzalanıb.

"Far.Az" xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Buna mütəxəssisin öz futbolçusuna qarşı təcavüzkar davranışı səbəb olub. V.Haqverdiyev "İmişli" ilə matçdan sonra öz oyunçusuna qarşı təcavüzkar davranışa görə qırmızı vərəqə ilə cəzalanıb. O, növbəti 5 oyunda texniki zonada yer almayacaq.

II Liqada çıxış edən "Dinamo"nun futbolçusu Valeh Seyidov 4 oyunluq cəza alıb. O, VIII turda "Qaradağ Lökbatan"la oyunun 70-ci dəqiqəsində təcavüzkar daşranış ucbatından bu cəza ilə üzləşib. Klub isə 300 manat cərimə olunub.

Eyni çempionatda "Ağdaş" komandasının rəhbəri Ruslan Hüseynov "Hypers"lə oyundan sonra hakimləri təhqir etdiyinə görə növbəti 4 matça buraxılmayacaq. Bölgə təmsilçisi buna görə 1000 manat ödəməli olacaq.

"Şəmkir"in oyunçusu Elçin Qasımov isə "Difai" ilə qarşılaşmada təcüvüzkar davranış səbəbindən 3 oyunluq cəzalanıb. Kluba 300 manat cərimə kəsilib.

Oxşar xəbərlər

YAP-ın VIII Qurultayı keçirilib, İlham Əliyev çıxış edib
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Bakıda Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu keçirildi
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycanda vərəqə şüşə istehsal edən ilk zavoddan REPORTAJ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər