Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputat Arzuxan Əlizadənin oğludur
Bakıda ölümlə nəticələnən kütləvi davanın yeni detalları məlum olub.
Far.Az Oxu.az-a istinadən xəbər verir ki, hadisənin iştirakçılarından biri deputat Arzuxan Əlizadənin oğludur.
A.Əlizadənin iki oğlu var. Onlardan birinin adı Əhməd, digərinin adı Orxandır. Orxan Əlizadə Xətai Rayon Məhkəməsinin hakimidir. Əhməd isə kriminala meyilli şəxsdir.
Əhməd Əlizadə hadisədən sonra polisə könüllü təslim olub. Kriminal aləmdə "Yeraz Əhməd" kimi tanınır.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, insidentdə iştirak edən 9 nəfər polis tərəfindən müəyyən olunaraq saxlanılıb. Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Fotoda deputat Arzuxan Əlizadə
Fotoda hakim Orxan Əlizadə
***11:36
İnsidentdə iştirak edən 9 nəfər polis tərəfindən müəyyən olunaraq saxlanılıb.
Bu barədə DİN-in mətbuat xidmətindən Far.Az-ə bildirilib.
Qeyd olunub ki, hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.
***10:05
Bakıda kafelərin birində kütləvi dava baş verib.
Far.Az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Əhmədli qəsəbəsində qeydə alınıb.
Tərəflər arasında başlayan mübahisə əvvəlcə əlbəyaxa davaya çevrilib. Daha sonra onlar bir-birilərinə bıçaqla hücum ediblər.
Nəticədə, bir nəfər həyatını itirib. Qətlə yetirilən Ceyhun adlı şəxsin "Ceyhun Sabunçu" kimi tanındığı bildirilir.
Əməli törədən şəxs və ya şəxslərin saxlanılması istiqamətində polis tərəfindən müvafiq tədbirlər görülür.
Hadisə anının görüntülərini təqdim edirik:
Oxşar xəbərlər
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Xətai rayonunda Heydər Əliyev Fondu tərəfindən yeni məktəb binası istifadəyə verilib
Leyla Əliyeva "Onlardan biri: Emil" adlı anım tədbirində iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Makron Paris yaxınlığındakı atışmanı irqçilik zəminində törədilən ilk terror aktı adlandırıb
-
Zelenski Ukrayna, Rusiya və ABŞ üçtərəfli görüşünün planlarını təsdiqləyib
-
Fransa DİN rəhbəri: Paris yaxınlığında baş verən atışma terror aktıdır - Yenilənib
-
Ucarda "Aqrar Biznes" və "I Çəltik" festivalı keçirilib - Yenilənib
-
"Nvidia" rəhbəri Qazaxıstanı fiziki süni intellektin qlobal mərkəzinə çevirməyi təklif edib
-
Sərnişinləri yarı yolda qoyan tiktoker sürücünün qalmaqalının səbəbi bilindi













