Zakir Həsənov generallarla təlimi izlədi
2026-cı ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunda kompüter dəstəkli komanda-qərargah təlimi keçirilir.
Far.Az Müdafiə Nazirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, qurumun baş idarə və idarələri, eləcə də qoşun və qüvvə növləri, Əlahiddə Ümumqoşun Ordunun qərargahlarının cəlb olunması ilə keçirilən məşqin planına əsasən, hərbi qərar qəbuletmə prosesinə uyğun fəaliyyətlər icra olunur.
Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənov qərargahların məruzələrini videobağlantı formatında dinləyib.
Müdafiə naziri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusunun fəaliyyətindən razılığını bildirib və Ordu qarşısında qoyulan tapşırıqları çatdırıb.
Qeyd edək ki, müasir hərbi təhdidlərə qarşı döyüş təcrübəsi nəzərə alınaraq keçirilən kompüter dəstəkli komanda-qərargah təliminin məqsədi komandir heyətinin hərbi qərar qəbuletmə bacarıqlarının daha da təkmilləşdirilməsi, həmçinin bölmələrin imkan və qabiliyyətlərinin simulyatorlar üzərində məşq etdirilməsidir.
Oxşar xəbərlər
Zakir Həsənov Əlahiddə Ümumqoşun Ordunun döyüş hazırlığını yoxlayıb
"Birliyin Gücü - 2026" birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilir
Azərbaycan Ordusunda Novruz və Ramazan bayramları böyük təntənə ilə qeyd olunub
Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış edib
27 Sentyabr - Anım Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Prezidentdən atmosfer havasının çirklənməsinə qarşı mübarizə ilə bağlı sərəncam
-
Yasamal, Nizami, Binəqədi və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq
-
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
-
Gəncədə 88 yaşlı qadın öldürülüb, hadisəni törətməkdə bacısı oğlu şübhəli bilinir
-
İran F-1 və MotoGP yarışlarının keçirildiyi hotelləri vuracağını açıqlayıb
-
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb













