Fabio Kannavaro Özbəkistan millisinin baş məşqçisi vəzifəsindən ayrıla bilər
Far.Az xəbər saytı

Fabio Kannavaro Özbəkistan millisinin baş məşqçisi vəzifəsindən ayrıla bilər


Özbəkistan millisinin baş məşqçisi, italiyalı mütəxəssis Fabio Kannavaro Asiya Kubokunun təxirə salınması səbəbindən vəzifəsini tərk edə bilər.

"Far.Az" xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.

Qeyd edək ki, Asiya Futbol Konfederasiyası (AFC) Yaxın Şərqdəki vəziyyətlə əlaqədar Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılan Asiya Kubokunun tarixini dəyişib. Əvvəlcə 2027-ci il yanvarın 7-dən fevralın 5-dək keçirilməsi nəzərdə tutulan turnir 2027-ci il dekabrın 23-dən 2028-ci il yanvarın 21-dək təşkil olunacaq. Yarışda 24 milli komanda iştirak edəcək. Hazırda turnirin son qalibi Qətər millisidir.

53 yaşlı Fabio Kannavaro 2025-ci ilin oktyabrında Özbəkistan millisinin baş məşqçisi təyin olunub. Onun rəhbərliyi altında komanda 2026-cı il dünya çempionatında iştirak edib. Özbəkistan millisi Portuqaliya, Kolumbiya və Konqo Demokratik Respublikası ilə eyni qrupda yer alıb və xalsız qalaraq qrupu sonuncu pillədə başa vurub.

Oxşar xəbərlər

"Sabah" Azərbaycan Kubokunun 2025/2026 mövsümünün qalibi olub - YENİLƏNİB-6
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Səhiyyə Nazirliyi tərəfindən "Sağlam gələcək" layihəsinə start verilib
Prezident İlham Əliyev Xocalıda hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - YENİLƏNİB-6
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər