Aİ Gürcüstan vətəndaşları üçün vizasız rejimi ləğv edə bilər
Far.Az xəbər saytı

Aİ Gürcüstan vətəndaşları üçün vizasız rejimi ləğv edə bilər


Avropa İttifaqı Gürcüstan hakimiyyətinə qarşı yeni məhdudiyyətlər tətbiq etməyi və ölkə vətəndaşları üçün vizasız gediş-gəliş rejimini ləğv etməyi nəzərdən keçirir.

Far.Az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Brüsseldə keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Gürcüstan hakimiyyətinə qarşı əlavə tədbirlər 2027-ci ilin yanvarında müzakirə oluna bilər. Kallas bütün Gürcüstan vətəndaşlarına şamil edilə biləcək viza məhdudiyyətlərinin də gündəmdə olduğunu qeyd edib.

Avropa Komissiyasının noyabrın 4-də açıqladığı hesabatda Gürcüstanda demokratiya və fundamental hüquqlarla bağlı narahatlıqların aradan qaldırılmadığı bildirilib. Sənəddə ölkənin Aİ-yə üzvlük prosesinin faktiki olaraq dayandığı da vurğulanıb.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər