Dondurulmuş məhsulun təkrar dondurulduğunu necə müəyyən etmək olar?
Mağazadan dondurulmuş məhsul alarkən qablaşdırmanın vəziyyətinə diqqət yetirmək lazımdır. Paketdə buz təbəqəsi və iri buz kristallarının olması məhsulun əridildikdən sonra yenidən dondurulduğuna işarə edə bilər.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiyanın Qida Təhlükəsizliyi Sahəsində Səriştə Mərkəzinin direktoru Yelena Spetsenko xəbərdarlıq edib.
Ekspertin sözlərinə görə, qablaşdırmanın daxilində qar, buz və bir-birinə yapışmış iri buz parçalarının olması təkrar dondurulma əlamətlərindəndir. Belə məhsullar mütləq təhlükəli olmasa da, əvvəlki keyfiyyətini itirə bilər. Məsələn, tərəvəzlər sulu hala düşür, pelmenlər isə bişirilərkən dağılır.
Spetsenko bu əlamətləri görən alıcılara həmin məhsulları almamağı tövsiyə edib.
O, həmçinin qablaşdırma açıldıqdan sonra məhsulun görünüşünə diqqət yetirməyin vacibliyini vurğulayıb. Balıq və ətin boz rəng alması, tərəvəzlərin üzərində ağ təbəqənin yaranması, xəmir və pelmenlərin çatlaması düzgün saxlanma şəraitinin pozulduğunu göstərə bilər.
Oxşar xəbərlər
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Ev şəraitində baş verən zəhərlənmə və 162 şübhəli müraciət: Yayda nədən uzaq durmalıyıq?
Neftçalada rayonunda "I Balıq" Festivalı keçirilib
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Bakıda balıq yarmarkası fəaliyyətə başladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
"Bitly" "X"də kiber hücumun fəsadlarını aradan qaldırmağa çalışır
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb
-
Sabah Bakıda bu ərazilərdə su olmayacaq
-
ABŞ HDQ-nin üçüncü təyyarədaşıyan gəmisi Yaxın Şərqə gəlib
-
Türkiyədə bir neçə ev yanıb, zərərçəkənlər var













