Monakoda beynəlxalq toplantıda Azərbaycanın şərabçılıq, üzümçülük ənənələri barədə məlumat verilib
Far.Az xəbər saytı

Monakoda beynəlxalq toplantıda Azərbaycanın şərabçılıq, üzümçülük ənənələri barədə məlumat verilib


Monakoda beynəlxalq toplantıda Azərbaycanın şərabçılıq sektoru, üzümçülük barədə məlumat verilib.

"Report" xəbər verir ki, bu barədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"Monako Knyazı II Albertin iştirakı ilə keçirilən "Francs de Pied: Heritage" Assosiasiyasının yüksək səviyyəli toplantısında iştirak etdik. Müxtəlif ölkələrin rəsmi nümayəndələrinin, üzümçülük və şərabçılıq şirkətlərinin rəhbərlərinin, eləcə də nüfuzlu investorların qatıldığı tədbirdə Azərbaycanın şərabçılıq sektorunun modernləşdirilməsi və inkişafı istiqamətində həyata keçirilən tədbirlər, qədim üzümçülük və şərabçılıq ənənələrinin qorunub saxlanılması, habelə sahənin mövcud investisiya potensialı və əməkdaşlıq imkanları barədə ətraflı məlumat verdik.

Xüsusilə, Azərbaycanın calaq olunmamış, yəni öz kökü üzərində yetişən yerli üzüm sortlarının qeyri-maddi mədəni irs nümunəsi kimi tanıdılması və beynəlxalq səviyyədə təbliği istiqamətində "Francs de Pied: Heritage" Assosiasiyası ilə əməkdaşlığın əhəmiyyətini vurğuladıq.

İnanırıq ki, bu əməkdaşlıq Azərbaycanın zəngin üzümçülük irsinin beynəlxalq miqyasda tanıdılmasına, yerli üzüm sortlarının qorunmasına, eləcə də ölkənin üzümçülük və şərabçılıq sektoruna yeni investisiyaların cəlb edilməsi istiqamətində mühüm rol oynayacaq", - nazir qeyd edib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Azərbaycan Monakoda üzümçülük və şərabçılıq ənənələrini təqdim edib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər