“Zirə” rəsmisi: "Omoniya” ilə səfər oyununda stadionda azərbaycanlı azarkeşlər olmayacaq
Məndə olan məlumata görə, stadionda azərbaycanlı azarkeşlər olmayacaq.
Bunu “Far.Az”a açıqlamasında “Zirə”nin mətbuat katibi Elmar Abdullazadə UEFA Konfrans Liqasının pley-off mərhələsində səfərdə Kipr təmsilçisi “Omoniya”ya qarşı keçirəcəkləri matçla bağlı deyib.
O, bu gün Larnaka şəhərindəki GSP stadionunda gerçəkləşəcək oyunda azərbaycanlı azarkeşlərin yer alıb-almayacağı ilə bağlı sualı cavablandırıb:
“Düzdür, UEFA-nın qaydalarına görə tribunların tutumunun 5 faizi qonaq azarkeşlər üçün ayrılıb. Amma həmin yerlər boş qalacaq. Çünki bizə biletlə bağlı müraciət edən olmayıb. Kiprdə, demək olar ki, azərbaycanlı yaşamır. Bura ada ölkəsidir deyə, giriş-çıxış, viza almaq bir qədər çətindir. Ona görə də çox güman, stadionda bizim azarkeşlər görünməyəcək”.
Qeyd edək ki, “Zirə”nin Kipr klubu ilə görüşünün start fiti Bakı vaxtı ilə saat 21:00-da səslənəcək. Tərəflər arasında cavab oyunu bir həftə sonra “Liv Bona Dea Arena”da keçiriləcək.
Oxşar xəbərlər
UEFA Çempionlar Liqası: "Qarabağ" "Dinamo"ya məğlub olub - YENİLƏNİB - 6
UEFA Çempionlar Liqası: "Qarabağ" üçüncü qolu qapısında görüb - YENİLƏNİB - 5
Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
"Zirə"nin futbolçusu: Həftə boyunca "Omoniya"nın oyunlarını təhlil etmişik
Xaricdə işləmək istəyənlər nələrə diqqət yetirməlidirlər?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qurban Qurbanov Elvin Cəfərquliyevin cəzalandırılmasından danışdı
-
Cəlilabadda baş verən ağır qəzada bir nəfər ölüb, iki azyaşlı xəsarət alıb
-
Qadın voleybolçuların Yüksək Liqasında mövsümün həlledici görüşləri baş tutacaq
-
Mədəyə faydalı qidalar açıqlandı – mütəxəssislərdən tövsiyələr
-
Premyer Liqa: XXVIII turun son iki qarşılaşması bu gün keçiriləcək
-
Yaz mövsümündə avtomobillərdə ən çox rast gəlinən nasazlıqlar açıqlanıb













