Yeni Orleanda insanların üstünə avtomobilin sürülməsi barədə Ağ Ev məlumatlandırılıb
Far.Az xəbər saytı

Yeni Orleanda insanların üstünə avtomobilin sürülməsi barədə Ağ Ev məlumatlandırılıb


Luiziana ştatının Nyu-Orlean şəhərinin meri Latoya Kantrell bu şəhərdə avtomobilin piyadaların üzərinə sürülməsi ilə bağlı Ağ ev ilə əlaqə saxladığını bildirib.

“Report” xəbər verir ki, o bunu Amerika telekanallarının yayımladığı mətbuat konfransında deyib.

“Mən Ağ ev və [Luiziana] qubernatoru [Ceff] Landri ilə əlaqədəyəm”, – o bildirib.

Mer baş verənləri “terror aktı” adlandırıb, lakin ondan sonra çıxış edən FTB nümayəndəsi Aleta Dankan qeyd edib ki, xüsusi xidmət orqanı hələlik olayı terror aktı kimi təsnif etmir.

Bu arada, KİV Nyu-Orleanda piyadaları vuran şəxsin, ehtimal ki, öldüyünü xəbər verir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər