Avropa Parlamenti Belarusda keçiriləcək prezident seçkilərini tanımamağa çağırıb
Far.Az xəbər saytı

Avropa Parlamenti Belarusda keçiriləcək prezident seçkilərini tanımamağa çağırıb


Avropa Parlamenti (AP) Belarus hakimiyyətinə qarşı yeni sanksiyalar və yanvarın 26-da keçiriləcək prezident seçkilərinin nəticələrinin tanınmaması barədə Avropa İttifaqına (Aİ) çağırışı nəzərdə tutan qətnamə qəbul edib.

“Far.Az” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Avropa Parlamentinin saytında bildirilib.

Parlament Aİ-ni, üzv dövlətləri və beynəlxalq ictimaiyyəti səsvermədən sonra Aleksandr Lukaşenkonun prezident kimi legitimliyini tanımamağa çağırıb.

Belarus Xarici İşlər Nazirliyi yanvarın 22-də Aİ-nin seçkilərin tanınmaması ilə bağlı əvvəlcədən hazırlanmış bəyanatının olduğunu bildirib və bunu ölkənin daxili işlərinə kobud müdaxilə adlandırıb.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Milli Məclisdə “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransı keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Belarus MSK Lukaşenkonun prezident seçkilərində iştirakla bağlı sənədlərini qəbul edib
İcma Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsini sərt şəkildə qınayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər