BMT Suriyaya qarşı sanksiyaları yenidən nəzərdən keçirir
BMT Suriyaya qarşı sanksiyalara yenidən baxılması məsələsində beynəlxalq ictimaiyyətlə işləyir.
“Report” xəbər verir ki, bu barədə Dəməşqdə mətbuat konfransında çıxış edən təşkilatın baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Qeyr Pedersen bildirib.
“Suriyanın yeni administrasiyasına dəstək vermək üçün beynəlxalq ictimaiyyətlə işləyirik. Sanksiyalar əvvəlki rejimə qarşı tətbiq edilib və onları tətbiq edən ölkələr artıq onları yenidən nəzərdən keçirməlidir”, - o deyib.
Pedersen Suriyada hərtərəfli siyasi keçidə səbəb olacaq milli dialoqun aparılmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, hələlik onun həyata keçirilməsi üçün dəqiq tarixlər yoxdur, lakin o hazırlanır.
Xatırladaq ki, Aİ 2012-ci ildən Suriyaya qarşı iqtisadi sanksiyalar tətbiq edir. 2022-ci ilə qədər bu məhdudiyyətlər, o cümlədən neft ticarətinə qoyulan qadağalar öz miqyasına görə Aİ tarixində rekord həddə idi. Yanvarın 27-də Aİ-nin xarici işlər nazirləri yeni keçid hökuməti dövründə Dəməşqə qarşı sanksiyaların mümkün yumşaldılmasını müzakirə etmək üçün Brüsseldə görüşəcəklər.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
-
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
-
İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək
-
"Mançester Yunayted" antirekord müəyyənləşdirib
-
The Washington Post: İran ABŞ qüvvələrinə qarşı əməliyyatlarda Maskın Starlink sistemindən istifadə edib
-
"Mercedes-Benz" işçilərinə könüllü işdən ayrılmaq üçün 422 min avroyadək təzminat təklif edəcək













