İsrailin müdafiə naziri: ABŞ ilə əməkdaşlığımız Yaxın Şərqdə təhlükəsizliyi təmin edəcək
İsrail - ABŞ əməkdaşlığı Yaxın Şərqdə təhlükəsizliyi təmin edəcək.
“Far.Az” xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Kats ABŞ-nin yeni müdafiə naziri (Pentaqon rəhbəri) Pit Heqsetin vəzifəsinə başlaması münasibəti ilə “X” hesabındakı təbrikində yazıb.
O, ölkələr arasındakı tərəfdaşlığı yüksək qiymətləndirib: “ABŞ-İsrail müdafiə ittifaqını gücləndirməyə davam edəcəyik. Tərəfdaşlığımız sarsılmaz qüvvədir. Biz regionda sabitliyi pozmaq istəyənlərə qalib gələcəyik”.
Bundan başqa, İ.Kats həmkarına təbrik məktubu da ünvanlayıb. Məktubda xüsusilə İrana qarşı koordinasiyalı fəaliyyətə diqqət çəkilib: "İran və onun tərəfdaşları regional və qlobal sabitliyi təhdidi davam edir. Qarşıdakı aylar bizim üçün hərbi hazırlıq tələb edən çağırışlar və strateji məqsədlərimizə nail olmağa imkan verən fürsətlər vəd edir. Əminəm ki, biz birlikdə uğur qazana bilərik".
İ.Kats yeni vəzifəsində həmkarına uğurlar arzulayıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Dünya liderləri Trampı vəzifəsinə başlaması münasibətilə təbrik ediblər - YENİLƏNİB
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Tramp Pentaqonun rəhbəri vəzifəsinə teleaparıcının namizədliyini irəli sürüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
-
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
-
İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək
-
"Mançester Yunayted" antirekord müəyyənləşdirib
-
The Washington Post: İran ABŞ qüvvələrinə qarşı əməliyyatlarda Maskın Starlink sistemindən istifadə edib
-
İtaliya şirkətlərinin Azərbaycan planları: Bakı metrosundan Qarabağadək uzanan layihələr













