Gürcüstan parlamentinin qarşısında etiraz aksiyası keçirilir
Far.Az xəbər saytı

Gürcüstan parlamentinin qarşısında etiraz aksiyası keçirilir


Gürcüstanın paytaxtı Tbilisi şəhərində parlament binasının yaxınlığında hökumət əleyhinə növbəti etiraz aksiyası keçirilir.

Bu barədə "Far.Az" yerli KİV-ə istinadən xəbər verir.

Tbilisinin mərkəzində, parlament binasının yerləşdiyi Rustaveli prospektində nəqliyyatın hərəkəti bağlanıb. Etirazçılar Yeni il bayramları da daxil olmaqla ardıcıl 60-cı dəfə toplaşıblar.

Parlamentdəki etirazçılara Tbilisi Dövlət Universitetinin binasından yürüş edən nümayişçilər də qoşulub.

Eyni zamanda, aksiya Batumidə keçirilir, onun iştirakçıları da təkrar parlament seçkilərinin keçirilməsini və son iki ayda saxlanılan etirazçıların azadlığa buraxılmasını tələb edirlər.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Tbilisidə aksiya başa çatıb, etirazçılar Rustaveli prospektini tərk ediblər - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Tbilisidə nümayişçilər polisə qarşı boya və pirotexniki vasitələrdən istifadə ediblər
Gürcüstan polisi Batumi və Tbilisidə bir neçə etirazçını saxlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər